Bazar ertəsi , May 27 2024
Ana səhifə / Siyasət / Avropa İttifaqı Ermənistana 270 milyon avro yardım ayıracaq

Avropa İttifaqı Ermənistana 270 milyon avro yardım ayıracaq

Avropa İttifaqı Ermənistana 270 milyon avro məbləğində qrant yardımı ayıracaq.

Bu barədə Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen Brüsseldə Aİ-ABŞ-Ermənistan üçtərəfli görüşündən əvvəl bildirib.

O qeyd edib ki, bu vəsait qarşıdakı 4 il ərzində ayrılacaq: “Ermənistan iqtisadiyyatının və cəmiyyətinin şoklara dayanıqlı və güclü olması üçün investisiya qoyacağıq. Eyni zamanda, Ermənistanda kiçik və orta sahibkarlığı dəstəkləyəcəyik. Bununla da Ermənistanın böyüməsi, inkişafı və yeni bazarlara çıxışına kömək edəcəyik. Həmçinin aparıcı infrastruktur layihələrinə investisiya qoyacağıq. Məsələn, Qara dəniz sualtı kabel layihəsi Avropaya təmiz enerji gətirəcək. Biz Ermənistanın “yaşıl enerji” istehsalına və Gürcüstanla daha yaxşı əlaqələnməsinə dəstək verəcəyik”.

Ursula von der Leyen Ermənistan hökumətinin “Sülh kəsişməsi” təşəbbüsünü təqdir edib.

Onun sözlərinə görə, Avropa İttifaqı Ermənsitanda islahatlarda dəstək verməyə davam edəcək.

Avropa Komissiyasının Prezidenti Ermənistan hökumətinin demokratik islahatlarını alqışlayıb, Ermənistana Rusiyanın sanksiyalardan yayınmasının qarşısını almaq istiqamətində Aİ-ni səylərinə qoşulduğu üçün təşəkkür edib: “Bu, Ermənistanın və Aİ-nin ortaq dəyərləri və ortaq maraqları olduğunu göstərir”.

Ursula von der Leyen Qarabağı deyib ki, Aİ ötən ilin sentyabrından bəri Qarabağı tərk edən ermənilərin inteqrasiyası üçün 30 milyon avro ayırıb və onlar bu istiqamətdə uzunmüddətli dəstək verməyə hazırdırlar.

“Ermənistanın gələcəyi, habelə, sabit, çiçəklənən və sülhün olduğu Cənubi Qafqaz üçün işləməyə davam edəcəyik”, – deyə o əlavə edib.

Həmçinin oxuyun

Zelenski İlham Əliyevi Sülh Sammitinə dəvət etdi

Ukraynanın Prezidenti Volodimir Zelenski Azərbaycan Prezidenti İlham Əliyevi Müstəqillik Günü münasibətilə təbrik edib. Təbrikdə deyilir: …