Cümə , Aprel 19 2024
Ana səhifə / Siyasət / Avropa İttifaqı Dağlıq Qarabağda keçiriləcək qondarma seçkini tanımayacaq

Avropa İttifaqı Dağlıq Qarabağda keçiriləcək qondarma seçkini tanımayacaq

“Bu prosedurlar Dağlıq Qarabağın gələcək hüquqi statusunu əvvəlcədən müəyyənləşdirə və danışıqlar prosesinə təsir edə bilməz”
Avropa İttifaqı Dağlıq Qarabağda keçiriləcək “parlament seçkiləri”nin konstitusional və hüquqi əsasını tanımır.

APA-nın məlumatına görə, bu barədə Aİ-nin Dağlıq Qarabağda mayın 3-də keçiriləcək qondarma “parlament seçkiləri” ilə bağlı bəyanatında deyilir.

Bəyanatda vurğulanır ki, bu prosedurlar Dağlıq Qarabağın gələcək hüquqi statusunu əvvəlcədən müəyyənləşdirə və danışıqlar prosesinə təsir edə bilməz: “Avropa İttifaqı qətiyyətlə ATƏT-in Minsk qrupunu və onun həmsədrlərinin status-kvonun dəyişməsi və hərtərəfli sülh danışıqları üçün səylərini dəstəkləyir. Aİ münaqişənin tez bir zamanda həlli istiqamətindəki səyləri dəstəkləməkdə davam edəcək”.

Həmçinin oxuyun

Nobel İnstitutundan CAVAB: “Vardanyanın mükafata namizəd göstərilməsi fərziyyədir” 

Xəbər verildiyi kimi, Ermənistan mediası Azərbaycanda həbsdə olan Qarabağdakı qondarma rejimin “baş nazir”i Ruben Vardanyanın …

Bir cavab yazın