Cümə , Fevral 23 2024
Ana səhifə / Siyasət / Avropa Ittifaqı: “Azərbaycan öz beynəlxalq öhdəliklərinə zidd hərəkət edir

Avropa Ittifaqı: “Azərbaycan öz beynəlxalq öhdəliklərinə zidd hərəkət edir

“Azərbaycanda jurnalistlər, siyasi fəallar saxlanılır, həbs edilir. İnsan hüquqları, o cümlədən fundamental azadlıqlar və qanunun aliliyi Azərbaycan və Avropa İttifaqı arasında münasibətlərin mühüm elementləridir”.

Avropa İttifaqının Azərbaycanla bağlı yaydığı məlumatda belə deyilir.

Qeyd edilir ki, son vaxtlar jurnalistlər Ülvi Həsənli, Sevinc Vaqifqızı, Məhəmməd Kekalov, Əziz Orucov, Rüfət Muradlı, Nərgiz Absalamova, Teymur Kərimov, İbrahim Hümbətov, o cümlədən Hafiz Babalının qanunsuz həbsləri müstəqil jurnalistika məkanının daralması və məhdudiyyətlərlə bağlı ciddi narahatlıq yaradır:

“Azərbaycan öz beynəlxalq öhdəliklərinə zidd hərəkət edir. İfadə azadlığını boğur”.

Avropa İttifaqı həmçinin hüquq müdafiəçisi İlhamiz Quliyev və siyasətçi Tofiq Yaqublunun həbsindən, iqtisadçı Qubad İbadoğlunun və vətəndaş cəmiyyəti fəalı Bəxtiyar Hacıyevin həbs müddətinin uzadılması qərarından təəssüflənir.

“Avropa İttifaqı Azərbaycanı öz fundamental hüquqlarından istifadə etdiklərinə görə həbs edilənləri azad etməyə, müstəqil jurnalistika və ifadə azadlığı üçün azad və maneəsiz yer təmin etməyə çağırır”.

Sonda bildirilir ki, Avropa İttifaqı Azərbaycanla insan hüquqları sahəsində dialoqu və əməkdaşlığı davam etdirməyə sadiqdir.

Həmçinin oxuyun

“Qərb istəyir ki, Ermənistan süverenliyini itirsin” – Zərdüşt Əlizadə

“Ermənistanla müqayisədə Azərbaycanın imkanları, əhalisinin sayı, ərazisi, təbii sərvətləri, ordusunun gücü qat-qat üstündür. Bu ölkə …