Ana səhifə / Siyasət / ATV Lavrovu yıxıb-sürüdü: “O ermənilər kimi sərsəm danışdı” – VİDEO

ATV Lavrovu yıxıb-sürüdü: “O ermənilər kimi sərsəm danışdı” – VİDEO

ATV-də yayımlanan “Həftə sonu” verilişində Rusiyanın Xarici İşlər Naziri Sergey Lavrov kəskin tənqid edilib.
Azinforum.az  xəbər verir ki, “İmperiya nostaljisi, imperialist bəyanat” adlanan süjetdə Rusiya haqda tənqidi fikirlər səslənib. Qeyd olunub ki, Lavrov özünü Rusiyanın deyil, Ermənistanın xarici işlər naziri kimi aparıb və o bu cür sərsəm bəyanat verməli deyildi.
Eyni zamanda telekanal azərbaycanlı jurnalistin də sualının haqlı və məntiqli olduğunu vurğulayıb.
Süjetdə həmçinin Azərbaycanın xarici işlər nazirliyinin cavabı da birmənalı qarşılanmayıb. Aparıcı Vaqif Aydınoğlu qeyd edib ki, XİN-in Rusiyaya verdiyi cavab cavabdan çox, reaksiyaya oxşayıb.
ATV əməkdaşı Ülviyyə Zülfüqarın hazırladığı həmin süjeti təqdim edirik:

Həmçinin oxuyun

Avropa İttifaqı Bakının iddialarını rədd edir

“Əsas diqqət Ermənistanla ikitərəfli əməkdaşlığa yönəldiləcək” Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə mətbuat …

Bir cavab yazın