Şənbə , Aprel 20 2024
Ana səhifə / Siyasət / ATV-də yeni təyinat: Vaqif Aydınoğlunun yerinə Turan İbrahimov gətirildi

ATV-də yeni təyinat: Vaqif Aydınoğlunun yerinə Turan İbrahimov gətirildi

“Azad Azərbaycan” teleşirkətində yeni təyinat olub. Bu barədə ATV-nin İctimai siyasi verlişlər Departamentinin rəhbəri, Xəbərlər xidmətinin baş redaktoru Vaqif Aydınoğlu özünün facebook hesabında yazıb. O, bildirib ki, indən sonra ATV-nin mətbuat xidmətinin rəhbəri vəzifəsini icra etməyəcək. Bu vəzifəyə Turan İbrahimov təyin edilib.
 Musavat.com V.Aydınoğlunun facebookda paylaşdığı həmin statusu təqdim edir:
“Əziz FB dostlarım və çox hörmətli jurnalist həmkarlarım. Dünəndən bəri mənə ünvanladığınız çoxsaylı suallarnıza qısaca açıqlama vermək məcburiyyətində qaldım. Mən öz işimin başındayam. İndiyədək olduğu kimi, hazırda da ATV-nin İçtimai siyasi verlişlər Departamentinin rəhbəri, Xəbərlər xidmətinin baş redaktoru və “HəftəSonu” analitik informasiya proqramının müəllifi və aparıcısı olaraq vəzifəmi icra edirəm. Sadəcə olaraq bundan sonra ATV-nin mətbuat xidməti vəzifəsini icra etməyəcəm. Bu iş kanalmızda yeni yaradılan (İctimai siyasi məsələlər və İctimayətlə əlaqələr) departamentin yeni təyin olunan rəhbəri Turan İbrahimova həvalə olunub. Çox xahiş edirəm, bundan sonra ATV ilə bağlı suallarnızı mənə yox, Turan bəyə ünvanlayasınız”.

Həmçinin oxuyun

Hikmət Babaoğludan parlament seçkiləri ilə bağlı MÜHÜM AÇIQLAMA

“Hazırkı real hüquqi siyasi şərtlər noyabr ayının birinci bazar gününə qədər Azərbaycanda parlament seçkilərinin keçirilməsini …

Bir cavab yazın