Şənbə , Aprel 20 2024
Ana səhifə / Siyasət / “Atamla görüş keçirildiyini mətbuatdan oxuyub şoka düşdüm” – Dilqəm Əsgərovun oğlu

“Atamla görüş keçirildiyini mətbuatdan oxuyub şoka düşdüm” – Dilqəm Əsgərovun oğlu

“Atamla görüş keçirildiyini mətbuatdan oxudum və şoka düşdüm. Düşündüm ki, bu necə ola bilər ki, Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK nümayəndələri gedib atama baş çəkələr, ancaq bizdən məktub götürməyələr, yəni bizim xəbərimiz olmaya”.
Bunu Moderator.az-a açıqlamasında Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülmüş Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov BQXK-nin Azərbaycan nümayəndəli tərəfindən yayılmış girovlarla görüş keçirilməsi xəbərinə münasibət bildirərkən deyib.
Girov Dilqəm Əsgərovun oğlu deyib ki, BQXK-nin Azərbaycan nümayəndəliyindən də ona girovlarla görüş olmadığı bildirilib:
“4-5 gün əvvəl özüm BQXK-nin Azərbaycan nümayəndəliyinin ofisində olmuşdum və soruşmuşdum ki, görüş nə zaman planlaşdırılır? Sentyabrın 10-dan sonra xaricdə olacağımı bildirib məktub və video vermək istədiyimi də demişdim. Dünən də görüş barədə oxuyanda onlara zəng etdim, mənə bildirdilər ki, atamla görüş olmayıb. Halbuki BQXK-nın Azərbaycan nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova mətbuata açıqlamasında girovlarla görüş olduğunu, ailələrinə məlumat çatdırıldığını deyib. 5 dəqiqədən sonra mənə yenidən məlumat verdilər ki, heç bir görüş olmayıb, yayılan məlumat yalandır”.
K.Əsgərov atasının səhhəti ilə bağlı yayılmış xəbərlərə də aydınlıq gətirib:
“Fevral ayndan bəri atamdan məktub ala bilmirəm. Həmin ərəfədə atamın səhhəti ağırlaşmışdı, məktubda qeyd etmişdi ki, hər gün 30-a qədər həkim nəzarəti olur, iynə vurulur, dərman atır, vəziyyəti pisdir, gündən-günə də pisləşir. BQXK nümayəndələrinə sual verdim ki, atama necə nəzarət edirsiniz, axı bu insan pis vəziyyətdə olduğunu yazır. Təkrar-təkrar bu barədə məktublar yazmağa başladıq. Ancaq gördük ki, bunlardan heç bir səs çıxmır və ondan sonra atamın yazdığı məktubları Avropa Məhkəməsinə göndərdik. Ümidimizi ora bağladıq. Ondan sonra BQXK-dən məktub gəldi ki, Cenevrədən həkim gəlib və atamı yoxlayıb. Həmin həkimlə Bərdədə görüşdük, ondan atamın vəziyyətini soruşdum. Bildirdi ki, atama indiyədək düzgün müalicə getməyib, bu həkim müalicəni düzgün istiqamətə yönləndirib. Bundan başqa atamın səhhəti ilə bağlı heç bir məlumat ala bilməmişəm”.
Xatırladaq ki, BQXK-nın Azərbaycan nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova  mətbuata açıqlamasında təmsil etdiyi qurumun nümayəndələrinin avqust ayı ərzində Dağlıq Qarabağ münaqişəsi nəticəsində saxlanılan şəxslərə baş çəkdiyini, ailələrinə məlumatlar verildiyini bildirmişdi.

Həmçinin oxuyun

“G7” ölkələrindən Bakı və Yerevana çağırış

“G7” ölkələri Bakı və Yerevanı davamlı sülhə nail olmağa çağırıb. Qurum bölgədə gərginliyin yolverilməz olduğunu …

Bir cavab yazın