Cümə , Fevral 23 2024
Ana səhifə / Siyasət / “Atamın məzarı ilə bağlı yayılan xəbərlər yalandır” – Səməndər Rzayevin qızı

“Atamın məzarı ilə bağlı yayılan xəbərlər yalandır” – Səməndər Rzayevin qızı

Sosial şəbəkələrdə və yerli mediada mərhum aktyor Səməndər Rzayevin məzarının baxımsız olması ilə bağlı məlumat yayılıb.

Məsələ bağlı aktyorun qızı Rübabə Səməndər sosial şəbəkədə açıqlama yayıb.

O bildirib ki, bunlar yalan məlumatdır və əks olunan görüntülər montaj edilərək paylaşılıb.

R. Səməndər atasının məzarından foto paylaşaraq, – “Budur ailəmin məzarı. Görün burada baxımsızlıqdan əsər-əlamət varmı?”, – deyə şərh yazıb:

“Allah bunu düzəldib paylaşanların bəlasını versin. Bu qədər şərəfsizlik olmaz. Heç nə demirəm, dünyasını dəyişmiş insanların ruhunu aşağılayan, onların varislərinin heysiyyatı ilə oynayan hər kəs mənim yaşadığımı yaşasın. Mənim kimi əzizləri yanaşı yatsın məzarda, bəlkə o zaman insafları qımıldanar. Amma inanmıram. Vicdanı, insafı, əxlaqı pul olanlar çətin dönüb insan olsun. Sadəcə Allaha tapşırıram belələrini”.

Həmçinin oxuyun

“Qərb istəyir ki, Ermənistan süverenliyini itirsin” – Zərdüşt Əlizadə

“Ermənistanla müqayisədə Azərbaycanın imkanları, əhalisinin sayı, ərazisi, təbii sərvətləri, ordusunun gücü qat-qat üstündür. Bu ölkə …