Şənbə , Mart 6 2021
Ana səhifə / Siyasət / “Atam Qarabağa getdi, ancaq ona məhəl qoymadılar” – Koçaryanın oğlu

“Atam Qarabağa getdi, ancaq ona məhəl qoymadılar” – Koçaryanın oğlu

Müharibənin başlamasından bir neçə gün sonra Ermənistanın ikinci prezidenti Robert Koçaryan mümkün qədər faydalı olmağa çalışmaq üçün Qarabağa getdi, ancaq ona məhəl qoymadılar. Azvision.az xəbər verir ki, bunu Ermənistanın ikinci prezidenti Robert Koçaryanın oğlu Levon Koçaryan bildirib.

“Arayik Arutyunyan (Azərbaycanın daha əvvəl işğal altında olan ərazilərində yaradılmış separatçı qurumun rəhbəri – red) atamla hətta görüşməyi və müzakirələr aparmağı lazım bilmədi. Mən özüm də onların, 1990-cı illərdən bəri qələbələrimizin kökündə dayanan insanları görməzdən gəldiklərinin şahidi oldum”, -deyə Koçaryanın oğlu söyləyib.

Onun sözlərinə görə, atası müharibə zamanı iqtidarda olmadan edilə biləcək maksimum işlər görüb: “Atam hər yolla kömək etməyə çalışdı – həm tövsiyələrlə, həm də müxtəlif yollarla. Hətta mənə “Get, bunu de, amma mənim dediyimi söyləmə” deyirdi.

Mövcud vəziyyət, o cümlədən Qarabağdakı müharibə son 2,5 ildə dəfələrlə xatırlanan səhv diplomatiyanın və digər yanlışlıqların nəticəsidir”.

L.Koçaryan baş verənlərdən sonra Nikol Paşinyan hökumətinin istefa verməməsini absurd adlandırıb. Atasının siyasətə qayıdacağı sualına gəlincə, o, ikinci prezidentin artıq uzun müddət siyasətdə olduğunu vurğulayıb.

Həmçinin oxuyun

YAP-ın İdarə Heyətinin yeni tərkibi – SİYAHI

Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin yeni üzvlərinin siyahısı açıqlanıb. Azinforum.az xəbər verir ki, İdarə Heyətinə …