Bazar ertəsi , Avqust 19 2019
Ana səhifə / Siyasət / “Ata, mənə 15 manat pul göndərərsən” — Şəhidin son sözləri

“Ata, mənə 15 manat pul göndərərsən” — Şəhidin son sözləri

Düşmən təxribatı nəticəsində şəhid olan hərbi qulluqçumuz Əhmədov Elvin Süleyman oğlunun cənazəsi Tovuzun Yanıqlı kənd qəbirstanlığında torpağa tapşırılıb.
Azinforum.az xəbər verir ki, bu barədə azvision.az-a şəhidin yaxınları məlumat verib. Dəfn mərasimində Yardımlı Rayon İcra Hakimiyyəti, Müdafiə Nazirliyinin nümayəndələri və rayon sakinləri iştirak ediblər.
Bildirilib ki, şəhid E. Əhmədov ötən gün günorta saatlarında atası ilə sonuncu dəfə telefonla danışıb: “Elvin bir aydan sonra hərbi xidməti başa vurub evə qayıdacaqdı. O, çox ağıllı, səmimi, təbiyyəli gənc idi. Orta məktəbi bitirən kimi, hərbi xidmətə yollanmışdı. Ailəsi, hamımız onun yolunu gözləyirdik. Dünən günorta atası ilə telefonda danışıb deyib ki, kənddən ora bir nəfər gedəcək, onun vasitəsi ilə 15 manat mənə pul göndərərsən, evə qayıtmaq üçün lazım olacaq. Ailəsi elə də imkanlı deyil. Təsərrüfatla məşğul olurlar. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Biz şəhidlərimizlə qürur duyuruq”,-deyə şəhidin yaxınları söyləyib.

Həmçinin oxuyun

“Hakimiyyəti Heydər Əliyevə yalvarıb verdilər” – Əkrəm Əylisli

“Hərdən danışarlar ki, icra başçıları camaatın başına nə oyunlar açırlar. Başqa hadisələr də eşidirəm. Və …

Bir cavab yazın