Çərşənbə axşamı , Noyabr 24 2020
Ana səhifə / Siyasət / ATƏT PA-ya yeni baş katib seçildi

ATƏT PA-ya yeni baş katib seçildi

ATƏT PA-ya yeni baş katib seçildi
ATƏT Parlament Assambleyasının (ATƏT PA) yeni baş katibi seçilib.

“Report” təşkilatın mətbuat xidmətinə istinadən xəbər verir ki, ATƏT PA-nın yeni baş katibi italiyalı deputat Roberto Montella olub. O, bu vəzifəyə qurumun iyulun 5-də Finlandiya paytaxtı Helsinkidə başlayan illik sessiyası zamanı seçilib.

R.Montella vəzifəsinin icrasına 2016-cı il yanvar ayının 1-dən başlayacaq. Hazırkı baş katib Oliver Spenseri 2015-ci ilin sonunda postunu tərk edəcək və onu R.Montella əvəzləyəcək.

Qeyd edək ki, ATƏT PA baş katibi 5 il müddətinə seçilir. Bir şəxs bu vəzifəyə ardıcıl olaraq yalnız 2 dəfə seçilə bilər.

Həmçinin oxuyun

Prezident və birinci xanım Ağdam məscidində – VİDEO

Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham …

Bir cavab yazın