Çərşənbə axşamı , İyun 15 2021
Ana səhifə / Siyasət / Atəş Təhməzov Əli İnsanovun partiyasında hansı vəzifəni daşıyır?

Atəş Təhməzov Əli İnsanovun partiyasında hansı vəzifəni daşıyır?

Tam məsuliyyətlə demək olar ki, Azərbaycanda ən böyük  rüşvət, korrupsiya və maxinasiyalar Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində baş verir.

Bu komitədə isə əsas korrupsiya mənbəyi Məcburi Köçkünlərin Sosial İnkişafı Fondudur. Bu fonda uzun müddət millət vəkili Ayaz Orucov rəhbərlik edib. Bu şəxsin korrupsiya  əməlləri ölkə başçısı səviyyəsinə gedib çatmışdı.  Və ona görə də vəzifəsindən azad edildi. Ondan sonra Fondun yeni rəhbəri Fərhad Təhməzov oldu.

Hamı düşünürdü ki, fondun işində müsbət dəyişikliklər olacaq.

Problemin miqyasını  bilmək üçün məsələyə bir az aydınlıq gətirək.

Təsəvvür edirsiniz, Neft Fondunun ayırdığı yüz  milyonların hesabına  qaçqınlar üçün binalar tikilir, şəhərciklər, qəsəbələr salınır. Bu miqyası çox nəhəng olan tikinti və inşaat işləridir.

Burada istifadə olunan tikinti materialları, işçi qüvvəsi və daha nələr. Kağız üstündə rəqəmlər az qala 50 dəfə şişirdilir. Yəqin ki, fondla bağlı  az-çox  təsəvvür yarandı.

Bəli, belə bir nəhəng fondu Fərhad Təhməzova etibar etdilər.

Fərhad Təhməzov qısa vaxtda Azərbaycanın ən varlı oliqarxlarından birnə çevrildi. Bu adamın sərəncamında yüz milyonlar, milyardlar var idi. Və Fərhad Təhməzovun yanında  sələfi  Ayaz Orucov toya getməli oldu.

Əlində cəmləşdirdiyi yüz milyonları Fərhad Təhməzov  qardaşları Qoşqar və Atəş Təhməzovlar vasitəsilə müxtəlif biznes sahələrinə  yatırdı. İndi qardaşların bines imperiyasının sərhədləri Avropaya, ərəb ölkələrinə, ofşor zonalara qədər uzanır. Hamısı da qaçqınlara dövlət tərəfindən ayrılan pulların hesabına.

Bəli, Qoşqar Təhməzli az vaxtda qardaşının pullarını səhiyyə sahəsinə, klinikalara və ən əsası xaricdən bahalı tibb avadanlıqlarının alınmasına yönəltdi.

Digər qardaşı  Atəş Təhməzov isə  xalqdan və dövlətdən oğurlanan milyonları tikinti biznesinə yatırdı. Bu gün Qoşqar Təhməzli  biznesmen olmaqla yanaşı, mühüm dövlət vəzifəsini daşıyır. Bəli, 2017-ci ildən Qoşqar Təhməzli  Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədri vəzifəsini daşıyır.

Amma soruşan yoxdur ki, qida sektorunda müsbət nəsə baş verdimi ?

Əlbəttə, yox. Əksinə mütəxəssislər deyir ki, belə davam eləsə, Qoşqarın sayəsində ölkədə qara yara, brüselyoz kimi xəstəliklər baş alıb gedəcək. Bəli, Qoşqar Təhməzlinin başı qıdaya deyil, pula qarışıb.

Bu gün Fərhad Təhməzovun vəzifəsi daha böyüyüb, sərəncamında milyardlar var. Fərhad Təhməzov Mənzil İnşaatı Dövlət Agentliyinin  direktorudur. Məcburi köçkünlərə mənzillər tikib satdı və milyonçu oldu. İndi də ipoteka ilə mənzillər tikib satacaq və milyarder olacaq. Bəli, ölkə başçısı bu MİDA-nı imkansız insanların MƏNZİL problemini həll etmək üçün yaradıb, cənab  Fərhad Təhməzov. Barı bu mənzilləri satanda 2-3 kasıb ailəsini də düşünün də.  

Təsəvvür edirsiniz, Qardaşın biri  QİDA-nı, o birisi isə MİDA-nı fırladır.

O biri qardaş, yəni Ataş Təhməzov isə çox fəal deyil, çalışır ki, adı hallanmasın, daha çox kölgədə qalmağa üstünlük verir. Niyəsini deyək. 

Çünki Prezident Administrasiyasının İşlər İdarəsinin keçmiş əməkdaşı olan Atəş Təhməzov dövlət çevrilişinə cəhd ittihamları ilə bağlı hüquq-mühafizə orqanlarının apardığı araşdırmalardan sonra tutduğu vəzifəsindən kənarlaşdırılıb. Atəş Təhməzovun Prezident Administrasiyasının sabiq işlər müdiri Akif Muradverdiyevin yaxın kadrı olduğu bildirilir. Akif Muradverdiyev isə  sabiq səhiyyə naziri  Əli İnsanovla birgə 2006-ci ildə dövlət çevrilişinə cəhd ittihamı ilə həbs edilmişdi. O zaman Atəş Təhməzov  hansısa  sirli əlin köməyi ilə aradan çıxa bildi.

Yuxarıda qeyd etdik ki, Atəş Təhməzov o biri qardaşları ilə müqayisədə özünü “passiv”  aparır.

Bu məqamda Molla Nəsrəddinin bir lətifəsi yada düşür. Molla qaçan danasını nə qədər qovsa da tuta bilmir və gəlib acığını həyətdəki bağlı danadan çıxır. Adamlar soruşur ki, molla, bu bağlı dananın nə günahı var. Molla deyir ki, ay camaat, siz bilmirsiniz, bu dana açılsa ha, o biri danadan da betər olacaq.

İndi lətifəsi Atəş müəllimdən uzaq olsun. Atəş Təhməzov hələ də köhnə xatirələrlə, bəlkə də qaytardılar xülyası ilə yaşayır. PA-da çalışanda tez-tez deyirmiş ki, prezident aparatını köçürəcəm məşhur  “5 mərtəbə”nin  yerinə.

Bəlkə də həmən nostaljiyə görə, Atəş Təhməzov şəhərin mərkəzində, Çay fabrikinin yanında özü üçün 6 mərtəbəli ”Mini Prezident Aparatı” düzəldib.

Lap yazıçı Anarın məşhur romanının adı kimi : Beşmərtəbəli evin altıncı mərtəbəsi.

Bəli, hətta Atəş Təhməzovun köhnə dostu  Əli İnsanovun Haqq və Ədalət partiyasına  yardımı da olur, deyirlər partiyada vəzifəsi də var.

Adama deyərlər, ay nankorlar, Ulu Öndərin sayəsində əldə etdiklərinizi indi də möhtərəm Prezidentimiz İlham Əliyevə qarşı yönəltmək istəyirsiniz ? Bunu yuxuda görərsiniz.

Bizim yazılardan sonra gedib orda-burda haqqımızda mənfi rəy yaratmaq istəyən şərəfsizlər, qoy ortaya çıxıb açıq şəkildə öz mövqelərini bildirsinlər.

Ulu Öndər əbəs yerə demirdi ki, MÖVQE-yinizi bildirin. Bir də rəhmətlik deyirdi ki, mən İlham Əliyevə özüm qədər inanıram.

Cənab Təhməzov qardaşları ! Biz  bir media olaraq öz mövqeyimizi və dəstəyimiz bildirdik. Cənab Prezident də dəfələrlə deyib ki, bir çox məsələləri mətbuat vasitəsilə öyrənirəm.

Gundelik-Baku.com

Həmçinin oxuyun

Gürcüstan sərhəddində 15 erməni belə təhvil verilib – VİDEO

Xəbər verdiyimiz kimi, əldə edilimiş razılığa əsasən, iyunun 12-də Ermənistanın Ağdam rayonu üzrə 97 min …