Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Siyasət / Aşura ilə bağlı qadağa – Şeyxdən xəbərdarlıq

Aşura ilə bağlı qadağa – Şeyxdən xəbərdarlıq

“Aşura mərasimləri ilə əlaqədar küçə yürüşlərinin təşkilini məqsədəuyğun hesab edilmədiyindən Fətva ilə qadağandır”.

Bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Lənkəran şəhərində Heydər ƏliyevMərkəzində”Milli-mənəvi dəyərlərin qorunmasında ictimaiyyətin rolu” mövzusunda regional konfransda deyib.

Şeyxülislam bildirib ki, dini mərasimlər məscidlərdə sərbəst şəkildə keçiriləcək:“Hər kəs bu tələbləri yerinə yetirməyə borcludur. Məhərrəm ayında bütün dini mərasimlər məscidlərdə təşkil olunmalıdır. Eyni zamanda ehtiyacı olanlar üçün Lənkəran şəhərində artıq ənənə halını alan qanvermə aksiyası keçiriləcək”.

Konfransda çıxış edən Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov tədbiri giriş sözü ilə açaraq dövlətin əsas məqsədinin dövlət-din münasibətlərinin daha yüksək səviyyədə tənzimlənməsi, dini maarifləndirmə işinin təşkili və aparılması, həmçinin dini icmaların cəmiyyətdə radikalizm meyllərinin qarşısının alınması və sosial problemlərin həlli prosesinə cəlb edilməsinin vacibliyini vurğulayıb.

Daha sonra Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı çıxış edərək Azərbaycanda dövlət-din münasibətlərinin yüksək səviyyədə inkişafından danışıb.

M.Qurbanlı bildirib ki, dünyada demokratik dəyərlərdən biri kimi qəbul edilən dini tolerantlığın Azərbaycan cəmiyyətinin birgəyaşayış normasına çevrilib:“Tolerantlığın Azərbaycanda çox möhkəm təməl sütunları, zəngin ənənələri, dərin tarixi və mədəni kökləri var. Bununla yanaşı Azərbaycanı sevməyən qüvvələrin xalqımız üçün çox həssas olan dini – əxlaqi məsələlərinə müdaxilə etmək niyyətləri hər zaman olub və həmin qüvvələr mərasimlərimizə yad elementləri əlavə etməklə insanları yalnış istiqamətlərə yönəltməyə səy göstəriblər. Lakin bütün bunlara qarşı dövlət tərəfindən qabaqlayıcı tədbirlər görülməkdədir”.

Report

 

Həmçinin oxuyun

ABŞ-dən Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmaya REAKSİYA

“ABŞ Azərbaycan və Ermənistan arasında sərhədin delimitasiyası prosesinin başlanmasını alqışlayır”. Bunu ABŞ Dövlət Departamentinin mətbuat …

Bir cavab yazın