Bazar ertəsi , Noyabr 30 2020
Ana səhifə / Siyasət / AŞPA sədri erməniləri Azərbaycan torpaqlarından çıxmağa çağırdı

AŞPA sədri erməniləri Azərbaycan torpaqlarından çıxmağa çağırdı

“Dağlıq Qarabağda baş verənlər bizi narahat edir və insanların ölümünə üzülürük. Tərəfləri dərhal atəşkəsə əməl etmələrini və sülh danışıqları üçün müzakirələrə başlamağa çağırıram”.

Qaynar.info-nun məlumatına görə. bunu Avropa Şurası Parlament Assambleyasının sədri Pedro Aqramunt deyib.

Azərbaycan və Ermənistanın 2001-ci ildə Avropa Şurasına üzv olarkən Qarabağ probleminin sülh yolu ilə həlli üçün səy göstərəcəklərinə vəd verdiklərini deyən AŞPA sədri yaydığı yazılı açıqlamada Azərbaycanın birtərəfli atəşkəs qərarı verməsi ilə bağlı xəbəri məmunluqla qarşıladığını bildirib.

“BMT Təhlküəsizlik Şurasının qərarına uyğun olaraq ermənilərin işğal altındakı Azərbaycan torpaqlarından geri çəkilmələri çağırışını edirəm”, – deyə Pedro Aqramunt qeyd edib.

Həmçinin oxuyun

“Moskva ona sadiq qalan Bakıya xəyanət etdi” – Şevçenko

Rusiya Sovet İttifaqına bütün ölkələrdən ən çox sadiq olan Azərbaycana 90-cı illərdə xəyanət etdi. Bunu …

Bir cavab yazın