Bazar , Fevral 25 2024
Ana səhifə / Siyasət / AŞPA növbəti dəfə Azərbaycana qarşı qərəzli mövqe nümayiş etdirir – Azərbaycan nümayəndə heyətinin üzvü Sevil Mikayılova

AŞPA növbəti dəfə Azərbaycana qarşı qərəzli mövqe nümayiş etdirir – Azərbaycan nümayəndə heyətinin üzvü Sevil Mikayılova

Avropa Şurası Parlament Assambleyası (AŞPA) növbəti dəfə Azərbaycana qarşı öz qərəzli mövqeyini və ikili standartlarını nümayiş etdirir.

Bu barədə Trend-ə Milli Məclisin deputatı Sevil Mikayılova deyib.

Onun sözlərinə görə, açıq-aşkardır ki, müəyyən çevrələr Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsindən və Qarabağ münaqişəsinin tənzimlənməsindən narazıdır.

“Biz yaxın gələcəkdə Ermənistanla davamlı sülhə ümid etdiyimiz halda, AŞPA müəyyən siyasi qüvvələrin təsiri altında Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərini ratifikasiya etmək fikrində deyil. Buna necə ad verək: əməkdaşlıq, ya ikili standartlar və düşmənçilik? AŞPA bu qərarın Avropa Şurasının üzvləri arasında dialoqun sərhədlərini məhdudlaşdırdığını və tərəflərdən heç birinə yaxşı heç nə gətirmədiyini bilirmi? Yaxşı, biz AŞPA olmadan, AŞPA da biz olmadan yoluna davam edə bilər. Bəs dəyərlər və əməkdaşlıq ruhu necə olsun?”, – o deyib.

Millət vəkilinin sözlərinə görə, Azərbaycan 23 illik üzvlüyü müddətində özünü demokratik dəyərlərin əsl və sadiq tərəfdarı kimi təsdiqləyərək daima özünün demokratik ölkə statusunun yüksəldilməsi yolunda irəliləməklə bağlı iradəsini nümayiş etdirib.

“Azərbaycan qanunvericiliyi Avropa Şurasının qanunvericilik aktlarına uyğundur. Bu çağırışı edənlərin səsləndirdiyi səbəblər gülünc və reallıqdan uzaqdır”, – deputat son olaraq deyib.

Qeyd edək ki, AŞPA-da formalaşmış dözülməz irqçilik, azərbaycanofobiya və islamofobiya mühiti qarşısında Azərbaycan nümayəndə heyəti növbəti xəbərdarlığa qədər AŞPA-da qarşılıqlı əlaqəni və fəaliyyətini dayandırmaq qərarına gəlib.

Həmçinin oxuyun

Siyasi Şuranın iclası keçirildi AMİP seçkilərə start verdi

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) Siyasi Şurasının AMİP Bakı şəhəri rayon təşkilatları sədrlərinin iştirakı ilə …