Çərşənbə axşamı , Sentyabr 22 2020
Ana səhifə / Siyasət / Arzuxan Əlizadə Milli İstiqlal Partiyasının sədri seçildi FOTO

Arzuxan Əlizadə Milli İstiqlal Partiyasının sədri seçildi FOTO

Azərbaycan Milli İstiqlal Partiyasının XI Qurultayı keçirilib. Videokonfrans şəklində keçirilən Qurultayda AMİP sədr əvəzi Arzuxan Əlizadə partiyanın sədri seçilib.

Qurultayda AMİP Nizamnaməsnə əlavə və dəyişikliklər edilmiş, katiblik institutu ləğv olunaraq yerinə müavinlik institutu yaradılıb.

Həmçinin Qurultaylararası dövrdə partiyanın Ali orqanı olan Mərkəzi Şuraya, eləcə də Mərkəzi İntizam Komissiyasına seçkilər keçirilib, tərkib müəyyənləşdirilib.

AMİP Lideri Etibar Məmmədov Qurultaya qatılaraq ölkədəki mövcud ictimai-siyasi durum və Partiyanın qarşısında duran vəzifələr, eləcə də sosial-iqtisadi sahədəki problemlər, Dağlıq Qarabağ, Türkiyə – Azərbaycan strateji müttəfiqliyi və bir sıra digər məslələrlə bağlı geniş çıxış edərək partiya rəhbərliyinə və yerli təşkilatlara öz tövsiyələrini verib.

Partiya rəhbərliyinin hesabat çıxışlarından sonra AMİP-in üzv olduğu beynəlxalq təşkilatlardan (Beynəlxalq Demokrat İttifaqı, Avropa Xalq Partiyası, Almaniya Xristian Demokrat İttifaqı, İsveç Moderat Partiyası, İspaniya Xalq Partiyası, Gürcüstan Milli Birlik Hərərkatı),  Azərbaycanda fəaliyyət göstərən siyasi partiyalardan (BAP, ALDP, AMDHP, Xalq Partiyası, Ağ Partiya, Turan Partiyası, Dünyəvi Bozqurdal Partiyası), ictimai təşkilatlardan, eləcə də Prezident Adminstrasiyasının “Siyasi Partiyalar və Qanunverici Hakimiyyətlə iş şöbəsindən Qurultaya ünvanlanmış təbrik məktubları iştirakçıların nəzərinə çatdırılıb.

Qurultayda bir sıra sahələr üzrə bəyanatlar, işçi sənədlər və Qətnamələr qəbul olunub. Qurultayın Dağlıq Qarabağ probleminin həlli ilə bağlı bəyanatında bu vaxtadək aparılan danışıqların səmərəsizliyi, Dağlıq Qarabağın statusu ilə bağlı Ermənistanin keçmiş və hazırki hakimiyyətlərinin sərgilədiyi qeyri-konstruktiv və aqressiv yanaşmanı nəzərə almaqla bu danışıqların bundan sonra da heç bir nəticə verməyəcəyi diqqətə çatdırılıb, ATƏT-in Minsk qrupu çərçivəsində aparılan səmərəsiz danışıqların dayandırılmasının zəruriliyi qeyd olunub və problemin nizamlanmasının yalnız hərbi-siyasi yolunu məqbul sayıldığı bəyan edilib.

AMİP Qurultayı bütün sahələrdə islahatların həyata keçirilməsinə, iqtisadiyyatın ilberallaşdırılmasına, antiinhisar tədbirlərin gücləndirilməsinə, azad rəqabət mühitinin yaradılmasına ehtiyac olduğunu vurğulayaraq iqtisadiyyatın neft-qaz sektorundan asılılığına son qoyulması, azad sahibkarlığın inkişafı, mülkiyyət toxunulmazlığı, rüşvət və korrupsiya, təhsil, səhiyyə, kənd təsərrüfatı, təqaüd və müavinətlər, ərzaq təhlükəsizliyi və bir sıra digər məslələrlə bağlı sənədlər qəbul edib.

Sonda özündə Dağlıq Qarabağ problemi, Türkiyə Cümhuriyyəti ilə hərbi strateji müttəfiqlik müqaviləsinin bağlanması, siyasi sistem və idarəetmə, yerli özünüidarəetmə, Xarici Siyasət və digər sahələri ehtiva edən Qətnamə qəbul edilib.

Azinforum.az

Həmçinin oxuyun

Azərbaycan XİN-in kollegiyasının tərkibi dəyişdi

Nazirlər Kabineti “Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin kollegiya üzvlərinin təsdiq edilməsi haqqında” 2004-cü il 3 …