Ana səhifə / Siyasət / Arzu Rəhimovun daha bir adamı narazılıq yaradır…

Arzu Rəhimovun daha bir adamı narazılıq yaradır…

Səfərbərlik və Hərbi Xidmətə Çağırış Dövlət Xidməti tək Müdafiə Nazirliyinin müvafiq qurumuna deyil,Azərbaycanda olan bütün silahlı qüvvələrə kadrların hazırlanması və səfərbər olunub göndərilməsi ilə məşğul olmalıdır.
Dövlət Xidmətinin yerlərdəki qurumları yararlı insanları müəyyənləşdirib, müəyyən komisiyyalardan keşirdikdən sonra hər bir qurumun verdiyi sifariş əsasında aidiyyatı üzrə göndərməlidir.Çox təəsüflər olsun ki bu işlərlə bərabər,öz şəxsi maraqları çərçivəsində sağlam çağırışçını “xəstə”çıxarıb, xəstəni sağlam kimi hərbi xidmətə yollamağı bacaran idarə rəisləri də var. Bunlardan biridə bilgili mənbənin Mediatv.az-a verdiyi məlumata görə SHXÇDX-nin Sabunçu rayon İdarəsinin rəisi İlqar Əlimirzəyevdir.
Verilən məlumatda Arzu Rəhimov 2012-ci ildə Xidmət Rəisi təyin olunduqdan bir müddət sonra İlqar Əlimirzəyevin işlərini yoxlatdırmış kifayət qədər qanun pozuntusu aşkarlanmışdır.Hətta onun ərizəsinin alındığı da vurğulanır.Lakin məlum qohumunun xahişindən sonra,ona bu “səhvləri” düzəltmək üçün vaxt verilmişdir.Bu işdən müəyyən qədər vaxt keçməsinə baxmayaraq ,İlqar müəllim yenə də öz “ampulasındadır”. Necə deyərlər müəyyən maraqlar çərçivəsində xəstələr sağlam kimi hərbi xidmətə göndərilir,sağlamlar isə xəstə kimi hərbi xidmətdən yayınılr.

Buna misal olaraq 2012-ci ilin oktyabr ayında SHXÇDX-nin Sabunçu rayon İdarəsi tərəfdən hərbi xidmətə göndərilmiş Rəşad Mirzəyev 52 gün xidmət etdikdən sonra kəskin ağciyər-ürək çatışmamazlığından dünyasını dəyişir.Həmən vaxt bu işlə bağlı Respublika Hərbi Prokurorluğunda cinayət işi qaldırılsa da İlqar Əlimirzəyev bu işdən “tər-təmiz” çıxmağı bacarır.Buna oxşar faktları kifayət qədər sadalamaq olar.
Mediatv.az-a verilən məlumata görə 18 yaşına kimi bir dəfə də olsun ərazi poliklinikasına müraciət etməyən şəxs,SHXÇDX-nin Sabunçu Rayon İdarəsində “xəstə” kimi hərbi xidmətdən yayınması adi hala çevrilib.Sonradan isə hər üç ildən bir təkrar tibbi yoxlamadan keçmək üçün İlqar Əlimirzəyevin müəyyən etdiyi(400-500man) ödəməklə hərbi xidmətdən yayına bilirlər.35 yaşa yaxın isə tibbi komisiyadan keçməyin “qiyməti” məlum səbəblərdən bir az da yuxarıdır.Bütün bu və diğər məsələlərlə bağlı İlqar Əlimirzəyevin mövqeyini öyrənmək istəsək də zənglərimiz cavabsız qaldı.Qarşı tərəfi dinləməyə hazırıq.

Həmçinin oxuyun

Avropa İttifaqı Bakının iddialarını rədd edir

“Əsas diqqət Ermənistanla ikitərəfli əməkdaşlığa yönəldiləcək” Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə mətbuat …

Bir cavab yazın