Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Siyasət / Arzu Əliyeva oğlu ilə “Cinema Plus”da olub

Arzu Əliyeva oğlu ilə “Cinema Plus”da olub

Azərbaycan Prezidenti İlham Əliyevin qızı Arzu Əliyeva bu gün öz oğlu ilə birlikdə “Cinema Plus Amburan Mall” kinoteatrlar şəbəkəsini ziyarət edib.

“Cinema Plus”dan virtualaz.org-a verilən məlumata görə, qonaqlar “Balaca rəhbər” (The Boss baby) animasiya filmini seçiblər və onu izləməkdən zövq alıblar.

Qeyd edək ki, “Cinema Plus Amburan Mall” Bilgəh qəsəbəsində, “Amburan Mall” ticarət mərkəzinin birinci mərtəbəsində yerləşir. Kinoteatrda üç zal və beynəlxalq standartlara cavab verən 164 oturacaq var. Zallar İspaniya istehsalı olan yüksək keyfiyyətli və rahat kreslolarla təchiz edilib.

Bundan başqa, “Cinema Plus Amburan Mall”da Master Image 3D texnologiyasından istifadə edilir.

Həmçinin oxuyun

Laçın sərhəd-buraxılış məntəqəsinin qurulmasının ildönümüdür

Laçın sərhəd-buraxılış məntəqəsinin qurulmasından bir il keçir. 2023-cü il aprelin 23-ü saat 12:00-da Azərbaycan Respublikası …

Bir cavab yazın