Şənbə , Fevral 27 2021
Ana səhifə / Siyasət / “Arutyunyanı şəxsən özüm güllələyəcəm” – Hafiz Hacıyev

“Arutyunyanı şəxsən özüm güllələyəcəm” – Hafiz Hacıyev

“Darıxmaq lazım deyil. Mən onsuz da Xankəndinin meri vəzifəsi ilə bağlı məsələ qaldırmışam. Beləliklə əgər mən Xandəndinə getsəm, Araik Arutyunyanı şəxsən özüm güllələyəcəm”.

Bu sözləri Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib.

Partiya sədri bildirib ki, belə bir cinayətkarın Azərbaycan ərazisində qalması, Azərbaycanın havasını udub, suyunu içməsi özü də cinəyət əməlidir: “Araik Arutyunyan hazırda qeyri-qanuni şəkildə özünü Xankəndinin meri hesab edir. Özbaşına orda nə yaradırlar, nə qururlar, onu hələ bir Allah bilir… Bütün dünya bilməlidir ki, Araik Arutyunyan cinayətkarın biridir, bu səbəbdən də Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən ona qarşı cinayət işi qaldırılıb və axtarışa verilib. Baxmayaraq ki, İnterpol deyir ki biz Araiki tapa bilmirik, amma gedib onunla görüşürlər. Bu da anlaşılmaz bir vəziyyətdir. Hesab edirəm ki, Araik Arutyunyan harda görülsə, güllülənməlidir. Ona görə ki, hər şeydən əvvəl Arutyunyan Gəncəyə və Bərdəyə atdığı raketlərlə dinc insanların qanına bais olub”.

Həmçinin oxuyun

“Revanşistlər də 10 noyabr sazişindən çıxmayacaqlar”

“Ermənistanda vəziyyətin gərginləşməsi gözlənilən idi. Çünki hazırda Paşinyana qarşı iki qrup mübarizə aparır. Bunlardan biri …