Bazar , Noyabr 17 2019
Ana səhifə / Köşə Yazarları / “Artıq Zabil haqq dünyasındadır, ruhunun azadlığını tapdığı yerdə…” – Əflatun Amaşov

“Artıq Zabil haqq dünyasındadır, ruhunun azadlığını tapdığı yerdə…” – Əflatun Amaşov

“Torpağa tapşırıldığı bu gün barəsində keçmiş zamanda danışmaq olduqca ağırdır. Zabil Müqabiloğlunu çoxdan tanıyırdım. İstedadı, bacarığı, ədəb-ərkanı ilə seçilən həmkarlarımızdan idi”.

Azinforum.az xəbər verir ki, bu sözləri Mətbuat Şurasının sədri əflatun Amaşov deyib.

Onun sözlərinə görə,  müalicə üçün İranda olarkən jurnalistlə telefonla söhbətləşib:

“İlk dəfə səhhəti pisləşəndə xəstəxanaya baş çəkməyə də getmişdim. Xəstəliyinin bənizinə gətirdiyi solğun körkəmdə bir yaşamaq istəyi duydum. Ağrısız-acısız, sərhədləri olmayan, çərçivələnməyən, məhdudiyyətsiz yaşamaq istəyi. O, azad insan idi.

Artıq Zabil haqq dünyasındadır. Ruhunun azadlığını tapdığı yerdə. Ağrımıza, acımıza təsəllimiz də yalnız budur. Təəssüf ki, budur.

Doğmalarına, əzizlərinə, daim təəssübünü çəkdiyi, ona qayğısını əsirgəməyən həmkarlarına dərin hüznlə başsağlığı verirəm. Allah rəhmət eləsin. Məkanı cənnət olsun!”.

Xatırladaq ki, dünən gecə vəfat edən jurnalist zabil Müqabiloğlu bu gün dəfn olunub…

Həmçinin oxuyun

Qarabağ Komitəsi siyasi partiyaları ADP-yə toplayıb – FOTOLAR

ADP-nin qərargahında Qarabağ Komitəsinin (QK) təşkilatçılığı ilə böyük bir tədbir keçirilir. Toplantı Azərbaycanda Milli Azadlıq …

Bir cavab yazın