Cümə , Aprel 19 2024
Ana səhifə / Siyasət / Artıq xəstələrə videogörüntü vasitəsilə yardım edilir

Artıq xəstələrə videogörüntü vasitəsilə yardım edilir

Azərbaycanda telesəhiyyə xidmətinin tətbiqinə başlanılıb. Artıq 147 xəstənin müalicəsi üçün videogörüntü vasitəsilə məsləhətlər verilib.

Virtualaz.org saytı xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Mirələm Cavadov telesəhiyyə xidmətinin tətbiqi ilə bağlı bu gün keçirilən tədbirdə bildirib.

M.Cəlalovun sözlərinə görə, nazir Oqtay Şirəliyev 2 fevral, 2017-ci ildə “Telesəhiyyə texnologiyalarının tətbiqi ilə təcili və təxirəsalınmaz konsultativ tibbi yardımın təşkili barədə” əmr imzalayıb. “Bakıda, o cümlədən bölgələrdəki xəstəxanalarda avadanlıqlar quraşdırılıb. Ağır xəstə olduqda bölgələrdə yerləşən xəstəxanalarla əlaqə yaradılır, Bakıdakı mütəxəssis canlı olaraq xəstəyə baxıb öz tövsiyələrini verir. Yerli həkimlər isə mütəxəssisin köməyi ilə müalicə və ya cərrahiyyə əməliyyatını davam etdirir. Beləliklə də, vaxt itkisinə yol verilmir”, -baş həkim deyib.

Baş həkim onu da qeyd edib ki, telesəhiyyə xidməti bütün dünyada tətbiq olunur. Bu xidmətin üstünlüyü odur ki, xəstələr ağır vəziyyətdən vaxtında çıxarılır.

 

Həmçinin oxuyun

Hikmət Babaoğludan parlament seçkiləri ilə bağlı MÜHÜM AÇIQLAMA

“Hazırkı real hüquqi siyasi şərtlər noyabr ayının birinci bazar gününə qədər Azərbaycanda parlament seçkilərinin keçirilməsini …

Bir cavab yazın