Bazar , Yanvar 23 2022
Ana səhifə / Siyasət / “Artıq Paşinyan daxildəki antiAzərbaycan qüvvələrdən qorxmaya bilər”

“Artıq Paşinyan daxildəki antiAzərbaycan qüvvələrdən qorxmaya bilər”

“Soçi görüşü Azərbaycanın torpaqlarını azad edəndən sonra Ermənistanla münasibətlərinin konturlarını müəyyənləşdirdi”.

Bunu Azərbaycan parlamentinin eks-spikeri Rəsul Quliyev deyib. O, bildirib ki, Prezident Əliyevin “biz Ermənistanla bütün münasibətləri tənzimləyən müqavilə bağlamağa hazırıq. Biz demişik və mən bir daha təsdiqləyirəm indiyə qədər baş verənləri unudub yenidən normal qonşuluq əlaqələri yaratmalıyıq” bəyanatı əslində Ermənistanın millətçi revanşistlərinə vurulan ən ağır zərbədir. 

“Rusiyanın iştirakı ilə Azərbaycan və Ermənistanın bütün transport əlaqələrini, o cümlədən dəmir yolunu bərpa etmək barədə razılığa gəlməsi çox böyük nailiyyətdir. Sərhədlərin SSRİ dağılmamışdan öncə olan sərhədlər çərçivəsində bərpa edilməsi və hər iki tərəfin bu sərhədlər çərçivəsində müqavilə bağlaması Azərbaycanın və Ermənistanın bundan sonra daha intensiv inkişafına yol açır. Azərbaycan hərbi qələbəsini diplomatik müstəvidə təsdiqləndirməyə nail oldu.

Rusiyanın bu problemlərin həllində oynadığı rol faktiki Ermənistan revanşistləri Koçaryan və Sarkisyanı yerinə oturtdu, Paşinyan üçün çox mühüm dəstək oldu. Artıq Paşinyan daxildəki antiAzərbaycan qüvvələrdən qorxmaya bilər. Ermənistan xalqının müharibə istəməməsi, Dağlıq Qarabağı bir dövlət kimi qəbul etmək arzusunda olmadığı istəyini yerinə yetirə bilər. Bu işi görmək lazımdır.

Şəxsən mən Rus qoşunlarının Xankəndindən çıxarılması məsələsinin müzakirə edilməyəcəyinə əmin idim. Ancaq Soçi görüşü bu məsələnin həllinin olacağını yaxınlaşdırdı. 

Putin Xankəndinə 53 min adamın qayıtdığını elan etdi. Bu rəqəmin nə dərəcədə düzgün olduğunu bilmirəm. Ancaq bu adamların oradan köçməsi üçün şərait yaranan kimi gedəcəklərinə heç bir şübhəm yoxdur.

Azərbaycan Ermənistanla hərtərəfli sülh müqaviləsi imzalayandan sonra Türkiyə-Ermənistan müqaviləsininin formalaşmasında mühüm rol oynamalıdır.

Bir sözlə Azərbaycanın bu zonada uzun müddətli sülhün yaradılmasının astanasındadır və ona uğurlar arzulayıram”.

Həmçinin oxuyun

“”Topaz”ı Cavid Qurbanovla əlaqələndirirlər, bu…” – DEPUTAT

““Topaz”ın kimin monopoliyasında olduğunu bilmirəm. Mənim də qulağıma çatır ki, bunu Cavid Qurbanovla əlaqələndirilər, amma …