Şənbə , Aprel 20 2024
Ana səhifə / Siyasət / Arif Mehdiyev dünyasını dəyişdi – Elə bir gündə ki…

Arif Mehdiyev dünyasını dəyişdi – Elə bir gündə ki…

Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri Arif Mehdiyev vəfat edib.

Qafqazinfo” xəbər verir ki, akademik bu gün 82 yaşında, doğulduğu gün dünyasını dəyişib. O, uzun müddət idi ki, xərçəng xəstəliyindən əziyyət çəkirdi.

Qeyd edək ki, fizika-riyaziyyat elmləri doktoru olan akademik 1992-ci ildən Beynəlxalq mühəndis akademiyasının həqiqi üzvü, 1996-cı ildən isə Amerika astronavtika və aeronavtika institutunun üzvü olub.

O, təbii obyektlərin parametrlərini təyin etmək üçün məsafə və kontakt ölçmələrin texnoloqiyasının, məsafə zondlaşmasının üsullarının və texnikasının inkişafı sahəsində mühüm nəticələr əldə edib.

Arif Mehdiyev “Şöhrət” və “Şərəf” ordenləri ilə təltif edilib.

Həmçinin oxuyun

BMT-nin Baş katibindən Azərbaycan və Ermənistana ÇAĞIRIŞ

“BMT-nin baş katibi Antonio Quterreş Azərbaycan və Ermənistanı münasibətləri normallaşdırmaq üçün qalan bütün ikitərəfli məsələləri …

Bir cavab yazın