Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Siyasət / Arif Məmmədov – son 20 ildə Azərbaycanda tanınmayan şəxsin sosial baza problemi: mif və mifi pərdələmək cəhdi…

Arif Məmmədov – son 20 ildə Azərbaycanda tanınmayan şəxsin sosial baza problemi: mif və mifi pərdələmək cəhdi…

Ramiz Tağıyev: “Ağ qərənfil götürüb küçələrə çıxmaq çağırışını edəndən sonra həmin aksiyanın baş tutduğunu iddia etmək yalnız hansısa imitasiyaya hesablana bilər”

“Sanki bununla Arif Məmmədov sözükeçən bir lider obrazında özünü kimlərəsə sırımaq istəyir”

“İnterpol”un Azərbaycan Respublikası Milli Mərkəzi Bürosu tərəfindən axtarışda olan Arif Məmmədov Bakının müxtəlif yerlərində aksiyaların keçirildiyini, çağırışlarına cavab verən şəxslərin ağ geyimdə və ağ çiçəklərlə Bakı küçələrinə çıxdığını iddia edib.
“Artıq məlumatlar alıram ki, dünən gün ərzində bəziləriniz ağ geyimlərdə və ağ qərənfillərlə şəhərin müxtəlif hissələrində gəzintiyə çıxmışdınız və polisin hansısa müdaxiləsi də olmamışdı. Bu çox vacib məsələdir. İnanın bu aksiya 10 dənə motodromda, ya da stadionlarda keçirilən tədbirlərdən önəmlidir. Xahiş edirəm ki, bu gün də aksiyanı, gəzintiləri davam edəsiniz. Uğurlar arzulayıram. Bir çiçəklə bahar olmaz, amma hər bahar bir çiçəklə başlar” – deyə A.Məmmədob öz “facebook” səhifəsindən növbəti mitinq çağırşı edərkən yazıb.
Qeyd edək ki, Arif Məmmədovun “İnterpol”a axtarışa

verilməsinin səbəbi kimi rəhbər vəzifədə işləyərkən qulluq mövqeyindən və vəzifə səlahiyyətindən sui-istifadə etməklə büdcə vəsaitlərini təyinatından kənar istifadə etməsi, dövlət əmlakını külli miqdarda mənimsəməsi və ya israf etmək yolu ilə talaması, rəsmi sənədlərə bilə-bilə yalan məlumat daxil etməklə vəzifə saxtakarlığı cinayətlərini törətməsi və digər qanun pozuntularına yol verməsi göstərilir.
Arif Məmmədovun son açıqlamasının arxasında hansı məqsədlər durur? Son 20 ildə Azərbaycanda olmayan, ictimaiyyətin tanımadığı bir adamın hansısa sosial bazası ola bilərmi?
Tanınmış siyasətçi Ramiz Tağıyev açıqlamasında bildirdi ki, son vaxtlar xaricdə oturub yekə-yekə danışmaq dəbə minib: “Arif Məmmədov adında adamı mən heç tanımamışam. O necə aktiv siyasətdə ola bilər? Biz bu yola ömrümüzü sərf etmişik, türmələrdə yatmışıq, min bir əzab görmüşük ki, indi gəlib müxalifətin adından kimsə danışsın?! Ağ qərənfil götürüb küçələrə çıxmaq çağırışını edəndən sonra həmin aksiyanın baş tutduğunu iddia etmək yalnız hansısa imitasiyaya hesablana bilər. Bu aksiya baş tutubsa, niyə bizim xəbərimiz olmadı? Sanki bununla Arif Məmmədov sözükeçən bir lider obrazında özünü kimlərəsə sırımaq istəyir. Daha doğrusu, Qərbdəki dairələrdən nəsə qoparmaq məqsədi var. Müxalifətə başçılıq etmək istəyən adam ilk növbədə qorxmayıb bu ölkəyə gəlməlidir”.

Məhəmmədəli QƏRİBLİ

Həmçinin oxuyun

Laçın sərhəd-buraxılış məntəqəsinin qurulmasının ildönümüdür

Laçın sərhəd-buraxılış məntəqəsinin qurulmasından bir il keçir. 2023-cü il aprelin 23-ü saat 12:00-da Azərbaycan Respublikası …

Bir cavab yazın