“Cənub Qaz Dəhlizinin Trans-Adriatik Qaz Boru Kəməri (TAP) vasitəsi ilə Azərbaycandan kommersiya məqsədli qazın nəqlinə başlanılıb. Bu, Azərbaycanı bir dövlət olaraq gücləndirən, təsir imkanlarını artıran, ölkəmizin siyasi və iqtisadi müstəqilliyini möhkəmləndirən ciddi hadisədir”.
Bunu Müsavat Partiyasının başqanı Arif Hacılı deyib.
“Hər kəsi Azərbaycanın strateji maraqları üçün çox mühüm olan Cənub Qaz Dəhlizinin açılışı münasibəti ilə təbrik edirəm” – A.Hacılı bildirib.