Cümə , Oktyabr 22 2021
Ana səhifə / Siyasət / Arif Hacılı: “Saakaşvilin qayıtması və həbsi ciddi siyasi hadisədir”

Arif Hacılı: “Saakaşvilin qayıtması və həbsi ciddi siyasi hadisədir”

“Saakaşvilin qayıtması və həbsi ciddi siyasi hadisədir. Saakaşvilinin dönüşü onun hakimiyyəti dövründə Gürcüstanda qurulmuş hüquqi dövlətin qorunmasına, demokratik cəmiyyət quruculuğu uğrunda mübarizənin daha fədakarlıqla davam etdirilməsinə stimul verəcək”.

Bunu Müsavat Partiyasının başqanı Arif Hacılı bildirib.

A.Hacılı bildirib ki, Rusiyanın bu ölkədə təsir imkanları, avtoritar idarəçilik meylləri zəifləyəcək: “Azərbaycanda Saakaşvilinin siyasi fəaliyyətinə olan maraq, həm də onun Qarabağ məsələsində tutduğu mövqe və Gürcüstanda yaşayan soydaşlarımıza münasibəti ilə bağlıdır. Gürcüstanda bələdiyyə seçkiləri keçirilir. Bu seçkilər qonşu ölkədə ciddi, həm də Azərbaycanın maraqlarına uyğun olan ciddi dəyişikliklərə səbəb ola bilər”.

Həmçinin oxuyun

Ərdoğan Azərbaycana səfəri barədə “Haber Global”ın sualını cavablandırdı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Afrika səfərindən qayıdarkən təyyarədə jurnalistlərlə söhbət edib. Dövlət başçısı “Haber …