Şənbə , Sentyabr 25 2021
Ana səhifə / Siyasət / Arif Hacılı: “Makronun və bəzi başqa siyasi impotentlərin saxta iniltiləri tamamilə əsassızdır”

Arif Hacılı: “Makronun və bəzi başqa siyasi impotentlərin saxta iniltiləri tamamilə əsassızdır”

“Azərbaycan Sərhəd Qoşunlarının hərbi hissələri Zəngəzur bölgəsində Azərbaycan-Ermənistan sərhədinə yerləşdirilir. Yəni biz BMT tərəfindən təsbit olunmuş 86.6 min kv.km ərazimizdən 1 sm. də irəli getməmişik. 
Baş verənlərlə bağlı erməni siyasətçilərinin daxili seçkilərə hesablanmış bəyanatları, Makronun və bəzi başqa siyasi impotentlərin saxta iniltiləri tamamilə əsassızdır”.

Bu fikirləri Müsavat partiyasının sədri Arif Hacılı bildirib. 

Daha sonra Arif Hacılı qeyd edib:

“Bizim populistlərinin sərhədlərimizin bərpa edilməsi prosesini guya ordumuzun yeni hərbi əməliyyatlar nəticəsində Ermənistanın içərilərinə doğru irəliləməsi kimi qələmə verib şadyanalıq etməsi də eyni ilə əsasız və yersiz olmaqla yanaşı, həm də çox zərərlidir.  Azərbaycanın Ermənistanla 1007 km sərhədi var. Bu sərhəd bərpa edilməlidir və ediləcək”.

Həmçinin oxuyun

Hikmət Hacıyev İranın xarici işlər nazirinin müavini ilə görüşdü

“İran İslam Respublikası xarici işlər nazirinin ikitərəfli və regional məsələlər üzrə müavini Dr. Seyid Səccadpurla …