Müsavat Partiyasının müxtəlif partiya rəhbərləri və siyasi qüvvələrlə
əməkdaşlıq barədə irəli sürdüyü dəyirmi masanın günü bəlli oldu.
AzNews.az
xəbər verir ki, bu barədə Müsavat Partiyasının başqanı Arif Hacılı
məlumat verib. Başqan bildirib ki, dəyirmi masa noyabrın 5-də Müsavat
Partiyasının qərargahında keçiriləcək.
Arif
Hacılı qeyd edib ki, bu görüşün məqsədi ölkədə mövcud durumu müzakirə
etmək, çıxış yolları barədə fikir mübadiləsi aparmaqdır: “Mümkün olarsa,
bəzi razılaşmalar öz təsdiqini tapacaq”.
Görüşdə iştirak edəcək siyasilərin adları mətbuata açıqlanıb.
AzNews.az-a
daxil olan məlumata görə, həmin şəxslərdən ikisi – AXCP-in sədri Əli
Kərimli və Milli Şuranın sədri Cəmil Həsənli görüşdə iştirak etməyəcək.
