Ana səhifə / Siyasət / Arif Həşimov Ramiz Mehdiyevin yubileyinə qatılmasından danışdı: “Nə edə bilərəm?”

Arif Həşimov Ramiz Mehdiyevin yubileyinə qatılmasından danışdı: “Nə edə bilərəm?”

Prezident Administasiyasının sabiq rəhbəri, AMEA-nın keçmiş prezidenti Ramiz Mehdiyev aprelin 18-də “Mangal Steak House” restoranının “Muğam” zalında 85 illik yubiley mərasimini təşkil edib. İddia olunur ki, yubiley tədbirinə bir sıra keçmiş nazir və icra başçıları dəvət edilsələr də, onlar Mediyevin yubileyi qatılmayıblar, lakin akademik Arif Həşimov qatılıb. Onun iştirakı ictimaiyyətin qınağına səbəb olub.

Pravda.az-ın əməkdaşı A.Həşimovla əlaqə saxlayıb.

Akademik məlumatı nə təsdiq, nə də inkar etməyərək suala belə cavab verib: “İştirak edənləri qınayırlarsa, qınasınlar, mən nə edə bilərəm? Bu sualı mənə niyə verirsiniz? Siz Ramiz Mehdiyevlə əlaqə saxlayın, o, özü, yəqin, deyər ki, qonaqları kim olub”.

O, əməkdaşımızın “Arif müəllim, məlumatı inkar da etmirsiniz, təsdiq də” sözünü isə gülərək belə cavablandırıb: “Çünki Ramiz Mehdiyevin yubileyidir, onun qonaqlarıdır, özünə zəng edin, soruşun, deyər ki, orada kim olub”.

Qeyd: Yubileylə bağlı məlumatı “Unikal.org” saytı yayıb.

Həmçinin oxuyun

Təbriz Musayev: “Bu, Kanada baş nazirinin sərgilədiyi həyasızlığın ən iyrənc nümunəsidir”

Kanadanın baş naziri Castin Trüdo katolikos I Aram ilə görüşüb və bu barədə Twitter mikrobloqunda …