Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Siyasət / Araz Əzimovdan daha bir qalmaqallı fikir – 7 dəqiqəyə vəsiqə

Araz Əzimovdan daha bir qalmaqallı fikir – 7 dəqiqəyə vəsiqə

Azərbaycan Xarici İşlər Nazirinin müavini Araz Əzimovun Avstriyanın “Die Presse” qəzetinə verdiyi müsahibə ictimai-siyasi sferada maraqla qarşılanıb. Onun təkcə Suriya münaqişəsinə Azərbaycanın mövqeyi ilə bağlı yanaşması deyil, digər fikirləri də tənqid olunmaqdadır.

Nazir müavininin daha bir fikri isə ASAN Xidmətlə bağlı olub. Belə ki, A. Əzimov ASAN Xidmətdən 7 dəqiqəyə şəxsiyyət vəsiqəsi aldığını bildirib.

Jurnalist Əzizə İsmayılova nazir müavininin bu iddiası ilə bağlı araşdırma aparıb. “Qafqazinfo” xəbər verir ki, o sosial şəbəkədə bu haqda yazıb: “ASAN xidmətin saytında yazılır ki, vəsiqəni ən tez 1 iş günü müddətinə almaq olar. ( http://asan.gov.az/…/exsiyyet_vesiqelerinin_verilmesi_ve_de…). Məsələni daha da dəqiqləşdirmək üçün, Xidmətin facebook səhifəsinə belə bir rəsmi sual ünvanladım: “Belə bir sual verim. Şəxsiyyət vəsiqəsinin 7 dəqiqəyə verilməsi mümkündürmü?-hər hansı bir şərt daxil olmaqla. Belə bir şey ola bilər, ya yox?”.

ASAN-dan belə bir cavab verildi:
“Xeyr mümkün deyil”.

Maraqlıdır, Əzimov niyə reallıqda mümkün olmayan bir şeyi desin ki? Bir iş günü desəydi, nə dəyişəcəkdi?”.

ASAN Xidmətin mətbuat xidmətinin rəhbəri Anar Hüseynov isə “Qafqazinfo”ya açıqlamasında deyib ki, vətəndaş 35 AZN məbləğində dövlət rüsumu ödədikdə şəxsiyyət vəsiqəsi bir iş günü müddətində verilir və ya dəyişdirilir: “Burada 1 iş günü müddəti dedikdə sənədin verilməsinin ən gec müddəti qeyd olunur. Sənədin 7 dəqiqə ərzində verilməsi bu müddəanın pozulması hesab olunmur. Bu sənədin verilməsi xidməti göstərən qurumun iş yükündən asılı olaraq və vətəndaş məmnunluğunun təmin edilməsi məqsədi ilə qanunvericilik çərçivəsində mümkün qədər tez həyata keçirilə bilər”.

 

Həmçinin oxuyun

Həmməruzəçi: “Azərbaycanı AŞPA-da görmək istəyirik, amma…”

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasına (AŞPA) qayıtması üçün Nazirlər Komitəsində danışıqların getdiyi bildirilir. Bu barədə …

Bir cavab yazın