Çərşənbə , Sentyabr 22 2021
Ana səhifə / Siyasət / Araz Əlizadə: “Rusiyanın buna maddi imkanı çatmaz”

Araz Əlizadə: “Rusiyanın buna maddi imkanı çatmaz”

“Regionda durum gərgindir. Bu məsələdə Rusiya sülhməramlılarının öz vəzifəsini yerinə yetirməmələri də diqqəti çəkir. Hesab edirəm ki, Azərbaycan ortaya sərt mövqe qoymalı, üçtərəfli sazişin yerinə yetirilməsini tələb etməlidir”.

Bunu Reyting.az-a Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə deyib. Əlizadə xatırladıb ki, üçtərəfli sazişdə Qarabağda hansısa eməni postlarının yaradılması nəzərdə tutulmayıb. Onun fikrincə, Azərbaycanın hansısa kəndində ermənilərin hərbi post qurmasına sülhməramlıların göz yumması faktiki olaraq üçtərəfli sazişin pozulmasıdır.

Partiya sədri bildirib ki, rus sülhməramlıların özbaşına nələrsə etdiyini düşünmək sadəlöhvlükdür: “Mərkəzin icazəsi olmasa sülhməramlılar qələt edib, özbaşına heç bir iş görməzlər”.

Araz Əlizadə Rusiya Müdafiə naziri Sergey Şoyqunun Ermənistan Müdafiə naziri ilə söhbəti əsnasında erməni ordusuna hərbi-texniki yardımın ediləcəyinə dair fikir işlətməsini ciddi qəbul etmir: “Bu, sadəcə sözdür. Əvvəla Rusiya əvvəlki qədər Ermənistana silah verə bilməz. Rusiyanın buna maddi imkanı da çatmaz. Putin dəli deyilik ki, Ermənistana əvvəlki qədər silah versin və mümkün müharibədə bu silahlar Azərbaycan Ordusu tərəfindən məhv edilsin. Odur ki, burada təhlükə görmürəm”.

Partiya sədri əlavə edib ki, Azərbaycan ortaya sərt mövqe qoymalı, açıq xəbərdarlıq etməlidir: “Bildirməliyik ki, erməni postlarını vuracağıq. Şəxsən mən üçtərəfli razılaşmada olmayan, bu sənədə zidd olaraq yaradılan erməni postlarının vurulmasına tərəfdaram. Saziş tam yerinə yetirilməlidir. Başqa cür ola bilməz”.

Həmçinin oxuyun

Rəsul Quliyevin Bakıya qayıdışı niyə baş tutmadı? – AÇIQLAMA

Milli Məclisin sabiq spikeri, Amerikada yaşayan siyasətçi Rəsul Quliyevin sosial şəbəkə paylaşımları son zamanlar haqqında …