Şənbə , Dekabr 5 2020
Ana səhifə / Siyasət / Araz Əlizadə onu qadın hesab edənə CAVAB VERDİ

Araz Əlizadə onu qadın hesab edənə CAVAB VERDİ

Prezidentliyə namizəd  Araz Əlizadə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçisi Stefan Şennakın onun prezident seçkilərində sosial demokratların qadın namizədi  kimi təqdim etməsinə aydınlıq gətirib.

Bu barədə Gununsesi.info-ya açıqlama verən prezidentliyə namizəd ASDP lideri Araz Əlizadə bildirib ki, seçkidən öncə AŞPA təmçilçiləri prezidenliyə namizədlərlə görüş keçirirdi. “Görüş keçirilən gün mənim Lənkəranda seçicilərlə görüşüm olduğundan həmin görüşdə  iştirak edə bilmədim. Görüşdə digər namizədlər və  İlham Əliyevin səlahiyyətli nümayəndəsi Əli Əhmədov cənabları da iştirak edirdi.  Mən olmadığımdan məni həmin görüşdə səlahiyyətli nümayəndəm Sevda Əliyeva təmsil edirdi. Onlar da elə hesab ediblər ki,  namizədlərdən biri elə qadındır. Ona görə də dediyiniz o Stefan Şennak belə yazıb”,- deyə Araz Əlizadə bildirib.

Qeyd edək ki, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçisi Stefan Şennak Azərbaycanda keçirilən seçkilər və iştirak edən namizədlər barədə status paylaşıb. S. Şennak stausunda Azərbaycanda keçirilən prezident seçkilərində 8 namizədin iştirak etdiyini və onlardan birinin  qadın olduğunu deyib.

Müşahidəçi bildirib ki, həmin namizəd sosial demokratları təmsil edir.

Həmçinin oxuyun

Ceyhun Bayramovla Lavrov arasında telefon danışığı olub

Dekabrın 5-də Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramovla rusiyalı həmkarı Sergey Lavrov arasında telefon danışığı …