Şənbə , Yanvar 23 2021
Ana səhifə / Siyasət / Araz Əlizadə: “Bölgədə kiçik addımlarla da olsa, sülh yaranır”

Araz Əlizadə: “Bölgədə kiçik addımlarla da olsa, sülh yaranır”

“Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında Moskvada keçirilən üçtərəfli görüşdə mühüm məsələlər müzakirə edilib. Əsas məsələ nəqliyyat kommunikasiyasının açılmasıdır. Bu, çox önəmlidir, bölgədə iqtisadiyyatın canlanmasına səbəb olacaq, sülhə-sabitliyə töhvə verəcək. Əsas odur ki, Dağlıq Qarabağın status məsələsi müzakirə mövzusu olmadı. Paşinyan Azərbaycan tərəfində saxlanılan 62 nəfərdən ibarət erməni quldur dəstəsinin buraxılmasını da razılaşdıra bilmədi. Onlar əsir kimi tanına bilməz, terrorçudurlar”.

Bunu Pravda.az-a açıqlamasında Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə deyib.

A.Əlizadə qeyd edib ki, bölgədə kiçik addımlarla da olsa, sülh yaranır: “Allah erməni siyasətçilərinin başına ağıl qoysun. Çünki Paşinyan da vəzifədən getsə, yeni kadrlar ordu yaratmaq fikrindədirlər. Yeni ordunun yaradılması üçün vəsaitləri yoxdur. Düşünürlər ki, Rusiya Ermənistana milyardlarla dollar xərcləyəcək, silahlandıracaq”.

Partiya sədri xatırladıb ki, Rusiya sülhməramlı kontingenti səlahiyyət hədlərini aşdıqda Azərbaycan Prezidenti İlham Əliyev məsələ ilə bağlı Rusiya Prezidenti Vladimir Putinlə danışıb: “Düşünürəm, Qarabağda vəziyyət normaldır. İnanmıram ki, Prezident İlham Əliyev erməni silahlılarının Qarabağı birdəfəlik tərk etməsi məsələsini qaldırmasın. Təbii ki, bu məsələ həllini tapmalıdır. Xatırlayırsınızsa, Prezident bəyan etdi ki, oyuncaq xunta rejimi Azərbaycan ərazisində nə qələt edir?”.

Həmçinin oxuyun

Rusiya Kəlbəcər yolunu ələ keçirmək istəyir – Nə etməliyik?

10 noyabr razılaşmasından sonra Rusiya sülhməramlıları yerləşdikləri ərazilərlə bağlı bir neçə dəfə təxribata əl ataraq …