Bazar ertəsi , Sentyabr 26 2022
Ana səhifə / Siyasət / Aqil Abbasın tələbələrlə bağlı səs-küy yaradan təklifinə münasibət

Aqil Abbasın tələbələrlə bağlı səs-küy yaradan təklifinə münasibət

“Birdən-birə təcrübəsiz gəncləri Qarabağa göndərməklə biz onların həyatını təhlükəyə də ata bilərik”.

Bunu Qaynarinfo-ya açıqlamasında təhsil eksperti Kamran Əsədov Milli Məclisin deputatı Aqil Abbasın tələbələrin Qarabağa işləməyə göndərilməsi ilə bağlı təklifinə münasibətində deyib.

Ekspert bunu maraqlı bir təklif hesab edib: “Yaxşı bir yol xəritəsi hazırlayıb 187 min tələbənin hamısını deyil, müəyyən bir qismini proseslərə cəlb etmək olar. Məsələnin ikinci tərəfi isə bunun daha çox yay aylarında baş tuta bilməsidir. Tələbələri yayda tətil vaxtında iki və 3 ay müddətdinə ora işçi qüvvəsi kimi cəlb etmək olar. Bunu ödənişsiz etməyə ehtiyac yoxdur. Azərbaycan kifayət qədər iqtisadi gücü olan bir ölkədir”.

Kamran Əsədov bildirib ki, Qarabağa hər ixtisas üzrə təhsil alan tələbələri göndərmək olmaz:

“Çünki hazırda orada tikinti-təmir-bərpa işləri daha çox texnoloji avadanlıqlarla həyata keçirilir. Bunun üçün təcrübəli mütəxəssislərə ehtiyac var. Nəzərə alsaq ki, həmin işğaldan azad edilmiş ərazilərdə ağıllı kəndlər salınır və bu texniki imkanları bizim tələbələr bilmir. Problemdən çıxış yolu kimi, hesab edirəm ki, biz bir neçə, xüsusən tikinti-təmir-bərpa tədrisi ilə bağlı olan universitetlərin fakültələrini ora köçürə bilərik. Tələbələr ikinci kursdan sonra iki il də orada praktiki biliklərə yiyələnə bilərlər. Hətta kənd təsərrüfatı ixtisasının tələbələrini də fakültələr üzrə Qarabağa göndərmək olar. Amma bu zaman onlara rəhbər şəxs də lazımdır”.

Qeyd edək ki, Milli Məclisin deputatı Aqil Abbas Azərbaycan gəncləri ilə bağlı təklif səsləndirib. Deputat “Gənclərimiz Qarabağda qazi olub, indi də o tikintidə iştirak edə bilərlər. Bu, 10 minə qədər işçi qüvvəsi deməkdir. Azərbaycan gənci Qarabağda döyüşüb, qazi olub, şəhid olub. Bu gənclər indi də o tikinti işlərində iştirak edə bilərlər. Bütün tələbələr oraya könüllü gedib, o işlərdə iştirak edə bilər. Onlar pul da istəməyəcəklər”, – deyə bildirib.

Həmçinin oxuyun

Çavuşoğlu: Ermənistanın sülhə və bu bölgədə əməkdaşlığa ehtiyacı var

Azərbaycanın Cənubi Qafqazda davamlı sülh və sabitlik naminə təklif etdiyi hərtərəfli sülh müqaviləsinin mümkün qədər …