Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Siyasət / Aqil Abbas söz adamıdır: Söz adamını sözlə imtahana çəkməzlər…

Aqil Abbas söz adamıdır: Söz adamını sözlə imtahana çəkməzlər…


İndi dəbdir. Sosial şəbəkələrdə birini ki qaraladılar, qurtardı. Sözünün yerini, çəkisini bilən də, bilməyəndə düşəcək o adamın üstünə. Qarayaxma, şər, şəbədə baş alıb gedəcək. Bu nə düşüncə tərzi, bu necə davranışdır, baş açmaq olmur. Hamını erməni dəyirmanına su tökməkdə qınayanlar suyu hansı dəyirmana tökmələrinin  fərqinə varmır.

 

Bizdə ziyalı artıqlığı yoxdur ki, olan-qalan ziyalımızı da qaralamaqla, hər sözünə bir şəbədə qoşmaqla məşğul olaq.

Millət vəkili, görkəmli yazıçı Aqil Abbasın “Yeni Müsavat” qəzetinə müsahibəsində dediyi “Hələ indiyə qədər görməmişəm ki, sosial şəbəkədə kimsə mənə rəğbət göstərsin”. …“ İstəyirlər ki, danışmasınlar. Çünki düşünürlər ki, doğru sözü, həqiqəti söyləyən adamları susdurmaq lazımdır. Onlar buna çalışırlar və müəyyən mənada da susdura bilirlər. Çünki adamlar abır-həyalarına qısılırlar” ifadəsi ürəyimi ağrıtdı.

Gör biz nə halda, nə gündəyik? İçi mən qarışıq, bir çox ziyalılar isə həmin o dəstəyə, qaragüruh topasına cavab vermək, onları yerinə oturtmaq əvəzinə sumuşuq. Azərbaycan ədəbiyyatına “Evləri köndələn yar”, “Ən xoşbəxt adam”,  Batmanqılınc”, “Dolu” kimi əsərlər bəxş edən, millət vəkili, vətəndaş kimi bu Vətənə xidmətdən usanmayan bir adamı hansı hala gətirmişik ki, artıq o bu cür ifadələri dilə gətirmək məcburiyyətində qalıb?

Aqil Abbasın bütün fəaliyyəti orta yaşlı nəslin gözləri qabağında olub. İstər milli azadlıq hərəkatında, istərsə də mətbu fəaliyyətində təpədən dırnağa qədər milli ruhla, bütün varlığıyla mücadilə aparan, bu Vətəni, bu Milləti sevən bir adama qarşı belə münasibət haradan qaynaqlanır?

Bax, bu sualları verməliyik bu gün özümüzə? Sual verməliyik ki, belə olmasaydı Məmməd Araz kimi böyük şəxsiyyət Aqil Abbası kürəkən kimi yox, oğul kimi sevərdimi?

Bəlkə sadəliyi, ürəyinin təmizliyi onu nadanların zərbəsinə tuş gətirib? Necə olmalıyıdı ki,  o nadanlar Aqil Abbasa rəğbət bəsləyəydilər? Yekəxana, seçici görəndə arxa qapıdan çıxan, milli məfkurədən uzaqmı?

Öz çevrəmdə bu suallara cavab axtardım. Şükür, mənim kimi fikirləşənlər çox imiş. Sadəcə Aqil bəyin böyüklüyünə, sadəliyinə, bir az da belə şeylərə çox fikir vermədiyinə arxayın olub susmuşuq. Amma daha susmayacağıq. İnsanlara kömək eləməkdən həzz alan, millət vəkili kimi dövlətimizə, xalqımıza xidmətdən usanmayan bir qələm əhli ilə qərəzli mübarizə aparanların özlərinə qarşı sona qədər mübarizə aparacağıq!

Aqil Abbas söz adamıdır! Söz adamını sözlə imtahana  çəkməzlər! O imtahanın bədəli ağır olar.

Həmçinin oxuyun

Ermənistanın balans siyasətində yaşanan ani səhvlərin uzun plandaki fəsadları

Son zamanlarda Ermənistan hakimiyətinin Qərb sevdası və Avro-Atlantik təşkilatlarına üzv olma istəkləri daha çox gündəmə …

Bir cavab yazın