Çərşənbə , Fevral 28 2024
Ana səhifə / Siyasət / Aqil Abbas: “O vaxt 5000 ağdərəli mənə müraciət etmişdi ki, biz ağdamlı olmaq istəmirik”

Aqil Abbas: “O vaxt 5000 ağdərəli mənə müraciət etmişdi ki, biz ağdamlı olmaq istəmirik”

Milli Məclisin deputatı Aqil Abbas 1992-ci ildə Ağdərə rayonunun ləğvini yanlış hesab edir.

YMilli Məclisin bu gün keçirilən iclasında “Ağdərə rayonunun yaradılması haqqında” qanun layihəsinin müzakirəsi zamanı bu barədə danışıb.

Deputat bildirib ki, o vaxt Ağdərəni səristəsizlikdən ləğv etdilər: “Mən hələ də bilmirəm ki, niyə belə oldu. O vaxt 5000 ağdərəli mənə müraciət etmişdi ki, biz ağdamlı olmaq istəmirik, biz ağdərəliyik. Düzdür, ağdamlı olmaq şərəfdir, amma hərayə öz yeri şirindir.

O vaxt Ağdərə ləğv olunduğu üçün onların pasportuna Ağdam yazılırdı. Ağdərə Qarabağın 2/5-ni təşkil edən böyük rayon idi. Ağdərə rayonunun bərpa olunmasına ən çox sevinənlərdən biri mənəm. Babalarımın üçünün qəbri Ağdərədədir. O vaxt Ağdərənin 11 kəndi ermənilərdən azad olunmuşdu və bu günə qədər bizdəydi.

Mən də deyirdim ki, necə olur ki, Xocalı bizdə deyil, amma Xocalı rayonu var, Ağdərənin 11 kəndi bizdədir, amma Ağdərə rayonu yoxdur. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına daxil olan rayonlardan 8 kənd inzibati ərazi vahidi Ağdərəyə verilir, bunlar əvvəldən Ağdərənin kəndləri olub”. APA

Həmçinin oxuyun

Alen Simonyandan SÜLH açıqlaması 

“Türkiyə Böyük Millət Məclisi sədrinin Ermənistanın Türkiyə və Azərbaycanla sülh şəraitində yaşamaqdan başqa şansı olmadığını …