Ana səhifə / Siyasət / Aqil Abbas: “8 kəndin hərbi əməliyyatlar yolu ilə qaytarılması fikri düzgün deyil”

Aqil Abbas: “8 kəndin hərbi əməliyyatlar yolu ilə qaytarılması fikri düzgün deyil”

“İşğal altında olan 8 kəndin hərbi əməliyyatlar yolu ilə geri qaytarılması fikri düzgün deyil. Diplomatiya yolu ilə həll edəcəyik”. 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Aqil Abbas deyib. 

“Hələ diplomatiya qüvvədədirsə, diplomatiyada öndə gediriksə, qalib gəliriksə, müharibə lazım deyil. Yenidən müharibə qızışdırılsa, ermənilər səs-küy salacaqlar ki, guya Ermənistanın ərazisini işğal edirlər. Dünyanı üstümüzə qaldıracaqlar, onsuz da, qaldırıblar. Cənab Prezident özü nəyi, nə vaxt edəcəyini və nə vaxt deyəcəyini bilir”, – deputat vurğulayıb. 

Həmçinin oxuyun

Azərbaycanın AŞPA-ya qaytarılması müzakirə olunur

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasına (AŞPA) qayıtması üçün Nazirlər Komitəsində danışıqların getdiyi bildirilir. Avropa Şurası Nazirlər …