Çərşənbə axşamı , Oktyabr 27 2020
Ana səhifə / Siyasət / “Aparıcı siyasi partiyaların bələdiyyə seçkilərinə qatılmaması yanlış addım oldu”

“Aparıcı siyasi partiyaların bələdiyyə seçkilərinə qatılmaması yanlış addım oldu”

Bələdiyyələrin səlahiyyətsizliyi və heç bir siyasi-administrativ-maiyyə gücünün olmaması, seçkilərin saxtalaşdırılması kimi arqumentlər yerli özünüidarə seçkilərindən imtina üçün əas deyil. Seçkiləri baykotla bağlı ən populyar arqument budur ki, iştirak edirsən və saxta seçkilərə legitimlik qazandırırsan.

Amma 2013-cü il seçkilərində iştirak göstərdi ki, heç də belə deyil. Həmin seçkilərlə bağlı hazırlanan beynəlxaql rəydə göstərilən pozuntular, bütövlükdə rəyin sərtliyi bunu demir.

Amma iştirak etməyin uduşları çoxdur: bütün saxtarkarlıqları və əyinditləri sənədləşdirə, üstəlik ictimailəşdirə bilirsən, siyasi fəallığın tam itməsinin qarşısını alırsan, səmiyyəti siyasi və seçki mövzularını yadırğamağa qoymursan. İndiki seçkinin timsalında isə cəmiyyətin və beynəlxaql ictimaiyyətin diqqətini bələdiyyələrin səlahiyyətsizliyinə, hüquqsuzluğuna, maliyyəsizliyinə yönəltmək olardı. Üstəlik, indiyə qədər bütün seçkilərdəki ciddi pozuntuların cümlə-basikarı kimi köhnə administrasiyanı təqdim edirdilər. Ən azından yenini sınağa çəkmək üçün bir fürsət idi.

REAL-ın təklif etdiyi taktika yaxşıdır: bütün bələdiyyələrə namizədliyə ehtiyac da yoxdu. Strateji ərazilər müəyyən edib selektiv qaydada iştirak da mümkün idi. Məsələn, 70-ə yaxın şəhər bələdiyyələri, əhalisi 5 mindən çox qəsəsə və kənd bələdiyyələri seçim üçün meyar ola bilərdi.

Partiyanın adı seçkidə, siyasətlə gündəmdə və ictimai olmalıdır hallanmalıdır, qara işlərlə, passiv siyasi mövqeyilə yox…

 Rövşən Ağayev, iqtisadçı-ekspert

Həmçinin oxuyun

Paşinyan özünü və erməni siyasi elitasını xilas etməyə çalışır

Rəsmi İrəvan döyüş meydanında darmadağın olan ordusunun real vəziyyətindən diqqəti yayındırmaq, öz daxili auditoriyasını sakitləşdirmək …