Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Siyasət / ANS-lə bağlı daha bir məhkəmə – Hakim dəyişdi

ANS-lə bağlı daha bir məhkəmə – Hakim dəyişdi

Bu gün 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsində “ANS ÇM”in lisenziyasının ləğv edilməsi barədə qərardan verilən şikayətlə bağlı məhkəmə prosesi keçirilib.

Qafqazinfo“nun prosesdə iştirak edən əməkdaşının verdiyi xəbərə görə, hakim Elçin Məmmədəovun sədrliyi ilə iclas davam etdirilib.

Məhkəmədə yarım saatlıq fasilə elan olunub.

***

Fasilədən sonra məhkəmə prosesi davam etdirilib.

Hakim Elçin Məmmədov bildirib ki, məhkəməyə verilən etiraz sədr tərəfindən təmin edilib.

Məhkəmə işi baxılması üçün hakim Müseyib Bayramov Seyfəddin oğluna verilib.

Yarım saatdan sonra hakim M.Bayramovun icraatında məhkəmə başlayacaq.

***

Hakim Müseyib Bayramovun sədrliyi ilə keçirilən iclas təxirə salınıb.

Hakim bildirib ki, işlə tanış olmadığı üçün iddia ərizəsinə baxa bilməz.

Məhkəmə prosesi sentyabrın 9-da davam etdiriləcək.

 

Həmçinin oxuyun

Müsavat Partiyasının növbəti qurultayının tarixi və yeri açıqlandı

Müsavat Partiyasının növbəti qurultayının keçiriləcəyi tarix və məkan məlum olub.Bu barədə partiyadan APA-ya məlumat verilib.Bildirilib …

Bir cavab yazın