Cümə , Aprel 19 2024
Ana səhifə / Siyasət / ANS-in qaranlıq efiri açılacaqmı?

ANS-in qaranlıq efiri açılacaqmı?

ANS-in bağlanmasından artıq bir ay on gündən də çox zaman keçsə də hələ kanalın aqibətinin necə olacağı bilinmir.  Kanalın bağlandığı  gündən (18 iyul) bu yana aparılan məhkəmə işləri də bir nəticə verməyib və telekanal rəhbərliyinin iddiaları təmin edilməyib.
 
“Yeni Müsavat”a danışan  ANS Şirkətlər Qrupunun prezidentinin media müşaviri Mais Məmmədov bildirib ki, kanalın açılması ilə bağlı hər hansı müsbətə doğru yenilik yoxdur: “Hələ ki, gözləmə mövqeyindəyik. Hər hansı bir xəbər yoxdur. Yəqin ki, nə isə olsaydı ondan xəbərim olardı. Ümid edirik ki, yaxın zamanlarda şad xəbər eşidəcəyik”.
Əldə etdiyimiz məlumata görə, hazırda da kanalın işçilərinin bir qismi şirkətə gedib-gəlirlər.
Qeyd edək ki,  ANS bağlandığı ərəfədə  telekanalın fəaliyyətinin 1 aylıq dayandırıldığı deyilsə də, sonradan məhkəmə qərarı ilə lisenziyası tamamilə ləğv edildi. Belə ki,  iyulun 29-da Bakı Apelyasiya Məhkəməsi ANS TV-nin lisenziyasını ləğv edib. ANS telekanalının rəhbərliyi lisenziyaya xitam verilməsi ilə bağlı qərardan kasasiya şikayəti verib. Şikayət üzrə məhkəmə prosesi sentyabrın 8-də Ali Məhkəmədə hakim Sevda Hüseynovanın sədrliyi ilə keçiriləcək.
ANS Müstəqil Yayım və Media Şirkətinin Milli Televiziya və Radio Şurasına (MTRŞ) qarşı verdiyi iddia üzrə məhkəmə prosesi isə sentyabrın 2-də 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsində hakim Elçin Məmmədovun sədrliyi ilə keçiriləcək.

Həmçinin oxuyun

Həmməruzəçi: “Azərbaycanı AŞPA-da görmək istəyirik, amma…”

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasına (AŞPA) qayıtması üçün Nazirlər Komitəsində danışıqların getdiyi bildirilir. Bu barədə …

Bir cavab yazın