Cümə , Oktyabr 23 2020
Ana səhifə / Siyasət / “Anası erməni olduğu üçün xaricdə sığınacaq alanlar…“ – Siyavuş Novruzov

“Anası erməni olduğu üçün xaricdə sığınacaq alanlar…“ – Siyavuş Novruzov

Azərbaycanda koronavirusun təsirlərinin azaldılması, insaтların sosial rifahının yüksəldilməsi istiйamətində bir-birinin ardınca ciddi qərarların alındığı, mühüm layihələrin həyata keçirildiyi göz önündədir.

Moderator.az millət vəkili Siyavuş Novruzovla söhbətimizdə dövlət tərəfindən atılan bu addımları şərh etməklə yanaşı, sosial şəbəkələrdə yer alan ittihamlara da aydınlıq gətirməyэ çalışıb:

– Siyavuş bəy, öncə koronavirus təhlükəsinin qarşısının alınması üçün dövlətimizin atdığı addımlarla bağlı fikrinizi bilmək istərdik. Sizcə dövlətimiz koronavirus təhdidinə nə dərəcədə çevik və adekvat cavab verdi?

– Azərbaycan koronavirus xəstəliyi dünyada özünü göstərdiyi ilk andan lazımi tədbirlər görüb. Dünyada sərhədləri ilk bağlayan dövltələrdən biri Azərbaycan oldu.

Bu gün ABŞ ÜST-ə ayrılan vəsaitləri dayandırmağa qərar verib. ABŞ rəhbərliyi bildirib ki, ÜST zamanında Çinlə sərhədləri bağlamaq gərəkdiyini bildirməyib. Lakin İranda koronavirus görünən kimi Azərbaycan perzidenti xalqın qorunması üçün sərhədləri bağladı. Baxmayaraq ki, bu, iqtisadi baxımdan asan olmayan proses idi. İrandan gələn, Rusiya və Orta Asiyaya gedən maşınların yollarda dayanmaması üçün tədbirlər görüldü. Bu maşınlar DYP tərəfindən nəzarətə götürüldü, onların müşayiəti ilə hərəkət etdi. Yəni dövlət çevik şəkildə bütün lazımi addımları atdı.

Baxmayaraq ki, bu gün ABŞ-da oturub erməni və başqa adlar altında fəaliyyət göstərənlər, hansı ki, onların arasında əsli erməni olanlar da var, Ramiz Yunus və başqaları buna nümunədir, Azərbaycanı müzakirəyə çıxarırlar. Ölkəmiz haqqında həqiqətə zidd olan fikirlər səsləndirirlər.

Əvvəl Azərbaycanı ittiham edirdilər ki, niyə sərhədləri bağlayıb? İndi isə deyirlər ki, Azərbaycan sərhədləri gec bağlayıb. Halbuki, Azərbaycan ABŞ və Avropadan öncə sərhədlərlə bağlı məsələyə çevik reaksiya verdi.

– Vətəndaşların koronavirusun sosial-iqtisadi təsirlərindən müdafiəsi istiqamətində atılan addımları necə dəyərləndirirsiniz?

– Azərbaycan bu məsələyə 2,5 milyardlıq vəsait ayırıb. Həm özəl sektorda çalışan insanların, həm işsizlərin, həm də dövlət qulluğunda çalışanların sosial rifahının təmini ilə bağlı hərtərəfli addımlar atmaqdadır. Dövlət qulluğunda çalışanlar karantin rejiminin şərtlərinə əsasən evdə qalsalar da, əmək haqlarını alırlar.

Ölkəmizdə tibbi ləvazimatların istehsalı ilə bağlı müəssisələr açıldı. Bunun üçün Avropadan gərəkli olan tibbi avadanlıqlar alındı. Azərbaycanda ən böyük və müasir xəstəxana açılan kimi koronaviruslu xəstələrin istifadəsinə verildi.

Vaxtiylə “Atletlər şəhərciyi” tikiləndə bəzi ağzıgöyçəklər bunun gərəksiz olduğunu iddia edirdi. Lakin bu gün karantində olanlar orada rahat şəraitdə qalır, proseslərin sonunu təhlükəsiz şəkildə gözləyirlər. Azərbaycanın müxtəlif guşələrindəki istirahət mərkəzləri, ən yaxşı otellər vətəndaşlarımızın istifadəsindədir.

Azərbaycan tərəfi minlərlə vətəndaşının dövlət vəsaiti hesabına təyyarələrlə ölkəyə gətirilməsini təmin edib. Onların hamısı müayinədən keçirilib, xəstələri müalicə olunub.

Dövlət kənd təsərrüfatı sahəsində də lazımi addımlar atır, güzəştli kreditlkər, subsidiyalar verilir. Dövlət insanlarla yanaşı, iqtsiadiyyatın qorunmasını diqqət mərkəzində saxlayır. Sosial sahədə heç bir pöroblem yoxdur. Hamı pensiyasını alır. Dövlətimiz çətinliyi olan ailələrə yardım göstərir. Yəni dövlət vətəndaşın rifahı üçün əlindən gələn hər şeyi edir.

– Yeni Azərbaycan Partiyası da yardım kampaniyasında fəal iştirak edən təşkilatlar sırasındadır…

– Bəli. ƏƏSMN ilə birlikdə Yeni Azərbaycan Partiyası hər gün müxtəlif aztəminatlı ailələrə yardımların çatdırılması ilə məşğul olur. Partiyanın rayon təşkilatları hər həftə 20 ailəyə bir həftəlik ərzaq təminatı həyata keçirir. Partiyamız 530 min manat Koronavirusa Qarşı Mübarizə Fonduna pul köçürüb. Bundan sorna biz belə bir məsələ qaldırdıq ki, 730 min partiya üzvünün hər  biri ən azı 1 manat olmaq şərti ilə pul köçürsün. Bununla əlaqədar hər kəs imkanına uyğun olaraq pul köçürmələri həyata keçirdi. Bu vəsaitlər də birbaşa fonda köçürüldü.

– Ancaq buna baxmayaraq, sosial şəbəkələrdə dövlətin həyata keçridiyi işlərə kölgə salan, onların mahiyyətini təhrif edən fikirlər də səslənməkdədir. Sizcə bu fikirlər həqiqətənmi məlumatsızlıqdan meydana çıxır? Yoxsa bütün bu açıqlamaların arxasında dövlətə və xalqa qarşı konkret qərəzli münasibət dayanır?

– Əfsuslar olsun ki, sapı özümüzdən olan baltalar, erməni dəyirmanına su tökənlər, erməni vəsaiti hesabına təbliğat aparanlar, Osmanqızı, Əli Kərimli, Cəmil Həsənli, Ramiz Yunus kimilər ictimai rəyi çaşdırmağa cəhd edir. Ramiz Yunusun anası erməni olduğuna görə ABŞ-da sığınacaq alıb. Yəni ona sığınacağı buna görə veriblər və həqiqətən də anası ermənidir. Bu kimi adamların anası erməni olduğu üçün onlara ABŞ və Avropada sığınacaqlar verilib. Bu adam Azəbaycanla Ermənistanı müqayisə edir və üstünlüyü Ermənistana verir. Atası ermənilər tərəfindən öldürülən Osmanqızı da onunla bir verilişdə iştirak edir. Analoqu olmayan hərəkətlər məhz budur. Görün bir nəfər erməni Azərbaycanı tərifləyib, onun haqqında müsbət fikir bildirirmi?

Avropada Qənimət Zahid, İsa Sadıqov kimi adamlar dövlətçilik əleyhinə təbliğat aparmaqdadır. Onlar Avropada yaşayır və gündə Azərbaycanın, onun ordusunun əleyhinə açıqlamalar verir. Onlar təxribatçılardır. Bu qüvvələr unudur ki, Azərbaycan dövləti və xalqı bir yerdədir və birlikdə bu xəstəliyin də öhdəsindən gələcəklər.

Həmçinin oxuyun

“Qiyas kimilər qələt eləyir…” – Aqil Abbas

İctimai fəal Qiyas İbrahimovun facebookda Hayk Tigranyan adında erməni istifadəçisi ilə üzə çıxan  yazışmaları hər …