Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Siyasət / Ana və uşaqların sağlamlığı diqqət mərkəzində

Ana və uşaqların sağlamlığı diqqət mərkəzində

İyunun 19-da Əziz Əliyev adına Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda “Ananın və körpənin sağlamlığı” mövzusunda beynəlxalq simpozium keçirilib.

Virtualaz.org saytı xəbər verir ki, simpoziumda “Sağlam ana, sağlam uşaq” mövzusunda müzakirələr aparılıb. İnstitutun rektoru, professor Nazim Qasımov bildirib ki, ana və uşaqların sağlamlığı ölkə üçün olduqca əhəmiyyətli məsələlərdən biridir və daim diqqət mərkəzindədir. “2014-cü ildə ana və uşaqların sağlamlığının qorunması məqsədilə Dövlət proqramı qəbul edilib, ölkənin 600 səhiyyə ocağında konstruksiya işi aparılıb”,-N.Qasımov deyib.

Rektorun sözlərinə görə, Talassemiya Mərkəzi, xəstəxana və poliklinikalarda ana və uşaqların sağlamlığının qorunması üçün tədbirlər həyata keçirilib. “Həkimlərimiz bu sahədə beynəlxalq təcrübələri, yenilikləri öyrənirlər. Səhiyyə Nazirliyi tərəfindən mütəxəssislər xarici ölkələrə göndərilirlər. İnstitutumuz beynəlxalq əməkdaşlığı gücləndirir, bir sıra tibb ocaqları ilə memorandumlar imzalanır”,-N.Qasımov əlavə edib.

Simpozium çərçivəsində professor Reyter Qrats həkimlər üçün seminar keçirib.

 

Həmçinin oxuyun

Köhnə siyahılar üzrə ictimai rəyə soxuşdurulan “politoloq” və “hərbi şərhçi”lərlə vidalaşmağın zamanıdır…

Bir dəfə yazdım ki, ölkədə ard – arda iki devalvasiya baş verdi, bir nəfər iqtisadçının …

Bir cavab yazın