Çərşənbə axşamı , Yanvar 19 2021
Ana səhifə / Siyasət / AMİP Siyasi Şurasının növbəti iclası keçirilib

AMİP Siyasi Şurasının növbəti iclası keçirilib

Bu gün AMİP Siyasi Şurasının növbəti iclası keçirilib. İclasda ilk olaraq AMİP Mərkəzi Şurasının 10 dekabr tarixli iclasının qərarına əsasən 09 fevral 2020-ci il tarixdə keçiriləcək Azərbaycan Respublikası Milli Məclisinə seçkilərdə iştirak edəcək namizədlərin irəli sürülməsi ilə bağlı məsələ müzakirə edilmişdir.
Namizədlərin bir neçə mərhələdə irəli sürülməsi qərar alınmış və ilkin olaraq 11 dairədən namizədlərin irəli sürülməsi təsdiqlənmişdir.
1. Orucov Əli Məhəmməd oğlu                 9 saylı Binəqədi ikinci2. Mustafayev Elşən Mansur oğlu             15 saylı Yasamal birinci3. Bayramov Rəşad Aydın oğlu                22 saylı Nəsimi ikinci 4. Səfərov Məmmədəli Talıb oğlu             25 saylı Nizami ikinci5. Əlizadə Arzuxan Baxşəli oğlu               26 saylı Sabunçu birinci6. Həsənov Tapdıq Həsən oğlu        79 saylı İmişli 7. Bayramov Elman Əkbər oğlu        81 saylı Beyləqan 8. Hüseynli Teyyub Həşim oğlu                88 saylı Göyçay9. Əliyev Loğman Allahverən oğlu           90 saylı Ağdaş10. Xanəlizadə Bəhmən Tofiq oğlu           111 saylı Zaqatala-Balakən11. Həsənbəyli Süleyman Yaşar oğlu        119 saylı Ağdam kənd
Siyasi Şuranın iclasında həmçinin ABŞ Senatı tərəfindən “erməni soyqırımı”nın tanınması ilə bağlı qəbul edilən qətnamə müzakirə olunmuşdur. AMİP Siyasi Şurası ABŞ Senatı tərəfindən qəbul olunmuş qətnamənin heç bir siyasi, hüquqi və tarixi əsası olmadığını bildirərək “erməni soyqırımı” ilə bağlı qərarı qərəzli və ədalətsiz hesab etdiyini bəyan etmişdir.

Həmçinin oxuyun

Əli Həsənov: “Mən Bakıdayam, amma həbs olunmamışam”

Azərbaycan Prezidentinin sabiq köməkçisi, Prezident Administrasiyasının keçmiş şöbə müdiri Əli Həsənov həbs edilməsi barədə mediada …