Cümə axşamı , Fevral 29 2024
Ana səhifə / Siyasət / AMİP Siyasi Şurasının genişləndirilmiş iclası keçirilib – FOTOLAR

AMİP Siyasi Şurasının genişləndirilmiş iclası keçirilib – FOTOLAR

AMİP Siyasi Şurasının genişləndirilmiş iclası keçirimişdir. İclasda növbədənkənar Prezident seçkiləri ilə bağlı məsələ müzakirə olunmuşdur. Müzakirələr zamanı 7 Fevral 2024-cü il növbədənkənar Prezident seçkilərinin ilk dəfə olaraq bütün ölkə ərazisində keçiriləcək seçki kimi tarixə düşəcəyi xüsusi olaraq qeyd edilmişdir.
Partiyanın Siyasi Şurası növbəti ildə Parlament və Bələdiyyə seçkilərinin reallaşacağı, eləcə də referendum keçiriləcəyi ehtimalını nəzərə alaraq partiya resurslarının növbəti ildə məhz bu istiqamətlərə istifadə edilməsini məqsədəuyğun hesab etmiş və Azərbaycan Milli İstiqlal Partiyasının Prezident seçkilərində öz namizədi ilə iştirak etməməsi haqqında qərar qəbul etmişdir.
AMİP Siyasi Şurası həmçinin, qanunvericiliyə müvafiq olaraq seçkilərə nəzarətin həyata keçirilməsi üçün ölkə üzrə mövcud məntəqə və dairə seçki komissiyalarına AMİP tərəfindən müşahidəçilərin təyin edilməsi haqqında qərər qəbul etmişdir.
İclasda 23 dekabr 2023-cü il tarixinə AMİP Ali Məclisinin iclasının çağırılması haqqında da qərar qəbul olunmuşdur.

Həmçinin oxuyun

“Almaniya mətbuatında Azərbaycan diktaturanın hökm sürdüyü despotik bir ölkə kimi təqdim edilir” – PREZİDENT

“Almaniya mətbuatında Azərbaycan guya azadlıqların təmin olunmadığı, insanların öz fikirlərinə görə həbs olunduğu, diktaturanın hökm …