Bazar , Sentyabr 27 2020
Ana səhifə / Siyasət / AMİP sədrindən Ramiz Mehdiyevə sərt ittiham: “Sən haralara xidmət eləsən də heç vaxt bu dövlətə xidmət etməmisən!”

AMİP sədrindən Ramiz Mehdiyevə sərt ittiham: “Sən haralara xidmət eləsən də heç vaxt bu dövlətə xidmət etməmisən!”

“Bu gün bizi şərəf və ləyaqətini guya ləkələdiyimiz və alçaltdığımız üçün xüsusi ittiham qaydasında cinayət məsuliyyətinə cəlb etməklə hədələyən Ramiz Mehdiyev tam 20 il bundan əvvəl elə bu günlərdə şəxsən göstəriş verərək qondarma ittihamla mənim və daha 3 əqidə yoldaşımın barəsində cinayət işi açdırmış və həbsə atılmağımıza nail olmuşdu”.

Bu fikirləri AMİP sədri Arzuxan Əlizadə bildirib.

Partiya sədri bununla bağlı bəzi məqamlara toxunub: “O zaman Parlamentdə olan bir qrup millət vəkili hüquqlarımızı müdafiə komitəsi yaratmışdı. Komitəyə Gülnarə Qurbanova (mərhum Şıxali Qurbanovun qızı) rəhbərlik edirdi. Haqsız həbs olunmağımızla bağlı məsələ həmçinin Avropa məkanına da çıxarılmışdı. Nəhayətdə qondarma cinayət işi cərimə olunmağımızla yekunlaşdı.İndi ay Ramiz Mehdiyev, qılıncının dalı və qabağı kəsdiyi bir vaxtda istəyinə nail ola bilmədiyin halda bu gün hədələyib nə edəcəksən? Bir əqidəyə xidmət etdiyini deyirsən, hər kəs sənin hansı əqidəyə xidmət etdiyini yaxşı bilir axı. Sən haralara xidmət eləsən də heç vaxt bu dövlətə xidmət etməmisən! Yaxşı olar ki, ayıbına kor ol və sus!“.

Azinforum.az

Həmçinin oxuyun

“Əli Həsənov FETÖ-nun tədbirlərində yuxarı başda otururdu” (AÇIQLAMA)

Azərbaycanda FETÖ-çulara şərait yaradanlar içərisində Ramiz Mehdiyev və Əli Həsənov da olub”.Bu sözləri Sfera.az-a açıqlamasında …