Çərşənbə axşamı , Avqust 3 2021
Ana səhifə / Siyasət / AMİP “Qarabağ Konfransı”nın çağırılması ilə bağlı təkliflə çıxış etdi

AMİP “Qarabağ Konfransı”nın çağırılması ilə bağlı təkliflə çıxış etdi

AMİP Mərkəzi Şurasının növbəti iclası keçirilib.Rayon (şəhər) Təşkilat sədrlərinin iştirakı ilə keçirilən iclasda ölkədə və regiondakı istimai siyasi vəziyyət, müharibədən sonra Qarabağ ətrafında cərəyan edən proseslər geniş təhlil olunmuş, eləcə də bir çox Avropa dövlətlərinin  Azərbaycanın haqq işinə kölgə salacaq addımları müzakirə olunmuşdur. Azərbaycanın Xarici siyasət konsepsiyasının hücum diplomatiyasına cavab vermədiyini vurğulayan iclas iştirakçıları diaspora fəaliyyətinin də qənaətbəxş olmadığını qeyd edərək ayrı-ayrı dövlətlərdə çalışan diplomatlarımızın həmvətənlərimizlə daha aktiv təmaslar qurmasının vacibliyini vurğulamışlar.

İclas iştirakçıları müxtəlif təkliflər irəli sürərək müharibədən sonra ölkəmizdə  şəhid və qazi ailələrinin sosial problemlərinə toxunmuş, bu kimi həssas məsələlərin daim diqqət mərkəzində saxlanılmasının vacibliyini vurğulayaraq hökumətdən  bu istiqamətdə təxirəsalınmaz tədbirləri həyata keçirməyi tələb etmişlər.

Ermənistanda keçiriləcək parlament seçkilərindən sonra regionda yaranacaq istənilən situasiyaya hazır olmağımız üçün bütün siyasi partiyaların iştirakı ilə “Qarabağ konfransı”nın keçirilməsi məqsədəuyğun hesab edilmiş və AMİP Siyasi Şurasına bununla əlaqədar müvafiq təkliflə çıxış etmək səlahiyyəti verilmişdir.

İclasda həmçinin Azərbaycanın Dövlət Müstəqilliyi haqında Konstitusiya Aktının və AMİP-in elan olunmasının 30 illiyi ilə bağlı tədbirlər planı da geniş müzakirə olunmuş, təşkilat sədrlərinə bir sıra tapşırıqlar verilmişdir.

Azinforum.az

Həmçinin oxuyun

Rusiyadakı diaspor təşkilatlarımız Jirinovskinin hədələrinə niyə reaksiya vermədi?

“Qorxu, xof səbəbindən, bir tikə çörək dalınca qaçmaları, qurduqları bizneslərinin dağılmaması və hədəfə tuş gəlməmək …