Çərşənbə , Avqust 12 2020
Ana səhifə / Siyasət / AMİP-in dünən baş verən insidentlə bağlı bəyanatı

AMİP-in dünən baş verən insidentlə bağlı bəyanatı

Məlum olduğu kimi iyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində hərbi təxribat törətmiş, iriçaplı pulemyotlardan, snayper tüfənglərindən, artilleriya qurğularından istifadə etməklə mövqelərimizi, eləcə də dinc əhalini və mülki obyektləri atəşə tutmuşlar.
Azərbaycan Ordusunun qəhrəman zabit və əsgərləri bu təxribatın qarşısını qətiyyətlə almış, cavab atəşi ilə düşmənin dayaq məntəqələri, atəş nöqtələri, müdafiəsinin dərinliyindəki ehtiyat bazaları, çoxlu sayda döyüş texnikası və canlı qüvvəsi məhv edilmişdir. 
Ermənistanın bu hərbi təxribatı qarşısında Azərbaycan xalqı öz birliyini, qəti iradəsini və düşmənə qarşı barışmaz mövqeyini bir daha göstərmiş, qəhrəman şəhidlərimiz böyük izdihamla dəfn olunmuş, ölkəmizin müxtəlif şəhər və rayonlarında Azərbaycan Silahlı Qüvvələrinə dəstək yürüşləri keçirilmişdir.İyul ayının 14-də Bakı şəhərində keçirilmiş yürüş millətimizin öz dövlətinə, ordusuna, əsgərinə bir daha tam dəstəyini nümayiş etdirmişdir. Təəssüflər olsun ki, dinc və vətənpərvər ruhda keçən bu aksiya zamanı bir qrup təxribatçı ictimai qaydanın kobud surətdə pozulmasına və bununla da Azərbaycan vətəndaşlarının öz Ordusuna verdiyi ümumxalq dəstəyinə kölgə salınmasına hesablanmış hərəkətlərə yol vermişdir.
AMİP hüquq mühafizə orqanları tərəfindən hazırki həssas məqamda təxribat törədən şəxslərin dairəsinin qısa müddət ərzində müəyyənləşdirilərək layiqli surətdə cəzalandırılacaqlarının vacibliyini bildirməklə yanaşı, əslində baş verənlərin mahiyyətini dərk etmədən və cinayət niyyəti olmadan, vətənpərvərlik hissləri altında təxribatçı qüvvələrin təsirinə düşərək xaotik hərəkət edən insanların təsbit olunacağını və həmin şəxslərə humanizm prinsiplərinə uyğun yanaşılmaqla məsuliyyətdən azad olunacaqlarına inamını ifadə edir.

Azinforum.az

Həmçinin oxuyun

Övladlarına ildə 300 min dollar xərcləyən deputat danışdı: “Qısqanclıqla yanaşmaq doğru deyil”

Milli Məclisin deputatı Rüfət Quliyev övladlarının təhsilinə ildə 300 min dollar xərcləməsi ilə bağlı iddialara …