Şənbə , Oktyabr 1 2022
Ana səhifə / Siyasət / AMİP gəncləri İsvecdə səfərdədir

AMİP gəncləri İsvecdə səfərdədir

Aərbaycan Milli İstiqlal Partiyasının (AMİP) Gənclər Təşkilatının üzvüləri İsveçdə səfərdədirlər. AMİP-in Beynəlxalq Əlaqələr üzrə sədr müavini Elşən Mustafayevin bildirdiyinə görə, səfərin məqsədi AMİP-in uzun illərdir ki, müttəfiqi olan İsveçin Moderat Partiyasına bu il 11 sentyabrda keçiriləcək parlament seçkiləri kampaniyasında dəstək olmaqdır. Bu məqsədlə AMİP gəncləri İsveçin müxtəlif şəhərlərində təbliğat və təşviqat kampaniyasında fəal iştirak etməklə həm dostlarımıza dəstəyini nümayiş etdirir, eyni zamanda seçki təcrübəsi istiqamətində biliklərini artırırlar.

Həmçinin oxuyun

Aqil Abbas şəhid Səbuhi Əhmədovun qardaşı ilə bağlı spikerə müraciət etdi

Deputat Aqil Abbas Milli Məclisin iclasında “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” …