Cümə axşamı , Aprel 25 2019
Ana səhifə / Siyasət / AMİP Fransa Prezidentinə etiraz edib

AMİP Fransa Prezidentinə etiraz edib

 “Fransa Prezidenti Emmanuel Makronun “1915-ci il hadisələrini Fransada Anım Günü elan edəcəyi” ilə bağlı səsləndirdiyi fikirlər bu ölkənin Azərbaycandakı imicini ciddi surətdə zədələmklə yanaşı, etibarını da sarsıdacaq. Əgər Fransa ATƏT-in Minsk qrupunun həmsədr ölkələrindən biri olaraq belə bir addım atarsa, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsində vasitəçilik missiyasına əsaslı şübhələr yaradacaq. Həmçinin təcavüzkar Ermənistanı öz işğalçılıq siyasətini genişləndirməyə ruhlandıracaq”.

Azinforum.az xəbər verir ki, bu barədə Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) yaydığı bəyanatda əksini tapıb.

“Saxta “erməni soyqırımı”nı tanımaqla saxtalaşdırılmış tarixi siyasi alətə çevirən Fransa unutmamalıdır ki, BMT Təhlükəsizlik Şurasının beş daimi üzvündən biri olaraq beynəlxalq hüququn, prinsiplərin, eləcə də sülhün və təhlükəsizliyin qorunub saxlanılmasında daha çox məsuliyyət daşıyır. Azərbaycan ərazilərinin işğaldan qeyd-şərtsiz boşaldılması haqqında qəbul edilmiş BMT TŞ-nin 4 qətnaməsini indiyədək də yerinə yetirməyən, Xocalı soyqırımını törədən Ermənistana təzyiq göstərmək, onu işğalçılıq, terrorçuluq siyasətindən əl çəkdirmək əvəzinə sərgilədiyi aşırı tərəfkeşilik təəssüf və qınaq doğurur. Azərbaycan Milli İstiqlal Partiyası bəyan edir ki, Fransa Prezidentinin “erməni soyqırımı”nı anım gününü tanıyacağı barədə ifadələri bölücülük, nifrət və qisasa aparan yoldur və bundan çəkinilməlidir. AMİP “erməni soyqırımı”nı tanıyaraq böyük səhvə yol verən Fransanı ikinci səhv addım atmamağa, xalqlar arasında düşmənçilik üçün fürsət verməməyə, Azərbaycan-Fransa dostluq əlaqələrini zəiflədəcək addım atmamağa çağırır”, – deyə bəyanatda qeyd olunub.

Həmçinin oxuyun

Əli Kərimlinin “təbliğat maşını” necə xarab oldu? – Prezident köməkçisinin bir yazı ilə qoyduğu nöqtə

Müxalifətçilik demokratik dövlət idarəçiliyin çoxsaylı şərtlərindən biridir. Demokratik inkişaf yolunu tutan, bu yöndə ardıcıl və …