Bazar ertəsi , Noyabr 18 2019
Ana səhifə / Siyasət / AMİP-dən Sərdar Cəlaloğluna CAVAB: “Elçibəyi devirən Rəsul Quliyev ADP-yə sədr gətirildi”

AMİP-dən Sərdar Cəlaloğluna CAVAB: “Elçibəyi devirən Rəsul Quliyev ADP-yə sədr gətirildi”

“Seçkiləri baykot edən qüvvələrin özləri də sonradan etiraf etdilər ki, bu taktika yanlış taktika idi”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlunun Milli İstiqlal Partiyasının (AMİP) lideri Etibar Məmmədovun siyasətə qayıtmasının faydasızlığı haqda fikirlərinə münasibət bildirən AMİP katibi Əli Orucov deyib.

Əli Orucovun sözlərinə görə, Sərdar Cəlaloğlunun Etibar Məmmədov haqda səsləndirdiyi fikirlər əsassızdır:

“ADP sədrinin nəzərinə çatdırım ki, əvvəla, Etibar Məmmədov siyasətdən heç vaxt getməyib, ölkədə və dünyada gedən proseslər həmişə onun diqqət mərkəzində olub. Vaxtaşırı mətbuatda fikir və münasibətini bildirib. Dünyanın 70-ə yaxın dövlətinin 80-dən çox sağ-mərkəzçi siyasi partiyalarını özündə birləşdirən Beynəlxalq Demokrat İttifaqının sədr müavini kimi fəaliyyətini davam etdirir.

Etibar Məmmədovun aktiv siyasətə qayıdacağını seçkilərlə əlaqələndirərək narahat olan Cəlaloğlu güya bilmir ki, seçki institutu demokratiyanın vacib elementi kimi sıradan çıxarılıb? Əlbəttə, bilir. Görəsən, iyirmi il əzab çəkən xalqa Sərdar Cəlaloğlunun özü nə xidmət göstərib, hansı işləri görüb, yaxud da nə verib? Desin ki, filan-filan məsələlərin həllində uzaqdan-yaxında rolu olub, yaxud da iştirak edib. Özünü xalqın cəfakeşi kimi təqdim etmək cəhdi isə istehza doğurur.

ADP sədrininin iddiasına görə, “Etibar Məmmədov 1998-ci ildə bütün müxalifət seçkini boykot edirdi, o getdi seçkiyə. 2003-cü ildə bütün müxalifət İsa Qəmbəri dəstəkəyirdi, o yenə gedib alternativ seçki bloku qurdu. 2005-ci ildə parlament seçkilərində ümumi müxalifətlə bir yerdə olmadı, tamamilə fərqli yol tutdu.” Seçkiləri baykot edən qüvvələrin özləri də sonradan etiraf etdilər ki, bu taktika yanlış taktika idi.

Digər bir nüans AXC-Müsavat iqtidarına müxalif partiyanın lideri Etibar Məmmədovu niyə onu qorumamaqda ittiham edən Sərdar Cəlaloğlunun Elçibəy hökümətinin baş nazir müavini postunu tutan, Heydər Əliyevin Bakıya gətirilməsində xüsusi rol alan, Milli Məclisin sabiq spikeri Rəsul Quliyevə geniş qucaq açıb, onu hətta prtiyası ADP-yə sədr gətirməsidir. İndi bunlar kimi və nədə ittiham edirlər, özləri də bilmir.

Yekunda onu deyim ki, Sərdar Cəlaloğlunun da nicatı məhz Etibar Məmmədovun aktiv siyasətə qayıtmağında, ölkəni mövdud durumdan çıxarmağındadır”.

Həmçinin oxuyun

Qarabağ Komitəsi siyasi partiyaları ADP-yə toplayıb – FOTOLAR

ADP-nin qərargahında Qarabağ Komitəsinin (QK) təşkilatçılığı ilə böyük bir tədbir keçirilir. Toplantı Azərbaycanda Milli Azadlıq …