Şənbə , Dekabr 5 2020
Ana səhifə / Siyasət / AMİP Beynəlxalq Təşkilatlara və dünyanın aparıcı siyasi partiyalarına müraciət ünvanlayıb

AMİP Beynəlxalq Təşkilatlara və dünyanın aparıcı siyasi partiyalarına müraciət ünvanlayıb

Azərbaycan Milli İstiqlal Partiyası üzv olduğu və özündə 80 ölkədən 100-dən artıq sağ mərkəz yönlü siyasi partiyaları birləşdirən Beynəlxalq Demokrat İttifaqına (ing.-IDU), Avropa Xalq Partiyasına (ing.-EPP), o cümlədən də əməkdaşlıq etdiyi və dünyanın aparıcı siyasi partiyaları olan ABŞ Respublikaçılar Partiyasına, İngiltərənin Konservatorlar Partiyasına, Almaniya Xristian Demokrat İttifaqı, Avstriya Xalq Partiyasına, İspaniya Xalq Demokrat Partiyasına, İsveçin Moderat Partiyasına, Kanada Mühafizəkarlar Partiyasına, Xorvatiya Demokratik İttifaqına, Norveç Konservatorlar Partiyasına, İsrailin Likud Partiyasına, Moldovanın Liberal Demokrat və Partiyalarına, Gürcüstan Milli Birlik Hərəkatı Partiyasına və bir sıra digər siyasi partiyalara Ermənistanın Azərbaycana təcavüzü, 27 sentyabrdan etibarən başlayan hərbi əməliyyatlar, Ermənistan hərbi birləşmələri tərəfindən onlarla mülki əhalinin qətl edilməsi, mülki obyektlərin bombalanması ilə bağlı özündə geniş məlumatı əks etdirən müraciət ünvanlayıb.
Müraciətdə həmçinin hərbi əməliyyatların Azərbaycan torpaqlarında getdiyi, atəşkəs müqaviləsinin imzalandığı 27 ilə yaxın dövr ərzində erməni hərbi birləşmələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən qeyd-şərtsiz çıxarılması ilə bağlı qəbul olunmuş BMT Təhlükəsizlik Şurasının Qətnamələrinin Ermənistan tərəfindən icra edilməməsi də öz əksini tapıb.
AMİP Beynəlxalq birliyi Ermənistanın təcavüzkar siyasətinə yox deməyə və işğalçıya Azərbaycan torpaqlarından çıxmaqla bağlı çağırışlar etməyə çağırır.  

Azinforum.az

Həmçinin oxuyun

“Azərbaycan az itkilər hesabına qələbəyə nail olub” – İqor Korotçenko

Qarabağda bir nizami ordunun digər nizami orduya qarşı müharibəsi gedirdi. Suriyalı muzdluların hazırlıq səviyyəsi onların …